Yuxarı

Beynəlxalq ekspertlər qəzanı araşdırmağa başladılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq ekspertlər qəzanı araşdırmağa başladılar

Aktau yaxınlığında baş vermiş aviasiya hadisəsini araşdıran komissiya 17 beynəlxalq ekspertin iştirakı ilə iclas keçirib.

Axar.az xəbər verir ki, komissiya tərəfindən iş planı müəyyən edilib. Belə ki, komissiya tam tərkibdə hadisə yerinə baş çəkəcək, hava gəmisinin elementlərinin toplanması üçün anqarı nəzərdən keçirəcək və hava gəmisinin elementlərinin toplanmasına başlanılması tarixi ilə bağlı birgə qərar qəbul edəcək.

Komissiyanın işinin məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyənləşdirmək və gələcəkdə bu cür halların qarşısının alınması üçün tövsiyələr hazırlamaqdır.

Aviasiya hadisəsini araşdıran komissiyaya Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı hava məkanında HHM qüvvələrinin hücumuna məruz qalıb və təyyarə ciddi zədələnib. Bundan sonra təyyarənin Qroznı və Mahaçqala hava limanlarına enişinə icazə verilməyib. Qazaxıstana uçmağa məcbur olan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Tarix
2024.12.29 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla