Yuxarı

Alman mediası Əliyevin bu çıxışından yazır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman mediası Əliyevin bu çıxışından yazır

Almaniyanın bir sıra aparıcı media qurumları Prezident İlham Əliyevin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı fikirlərini geniş işıqlandırıb.

Axar.az xəbər verir ki, “Bild”, “Şpigel”, “Zeit”, “Tagesşpigel” qəzetlərində, “Döç Velle”, “Velt”, “Tagesşau” televiziyalarında yayımlanan xəbərlərdə dövlətimizin başçısının sərnişin təyyarəsinin Rusiya ərazisində olarkən radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, yerdən açılan atəş nəticəsində quyruq hissəsinin böyük dərəcədə zədələndiyini qeyd etdiyi bildirilib. Eləcə də Prezident İlham Əliyevin hadisənin baş verməsindən sonrakı üç gün ərzində qəzanın səbəbləri ilə bağlı Rusiya tərəfindən cəfəng fikirlərin səsləndirilməsi və bununla da hadisənin əsl səbəbinin ört-basdır edilməsinə cəhd göstərilməsi barədə açıqlamaları xüsusi vurğulanıb.

Xəbərlərdə dövlətimizin başçısının “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”, - fikri sitat gətirlib.

Mediada yer alan informasiyalarda Azərbaycan Prezidentinin təyyarənin Rusiya tərəfindən qəsdən vurulduğunu güman etmədiyi, lakin Rusiyadan öz günahını etiraf etməyi, təqsirkarları cəzalandırmağı və təzminat ödəməyi tələb etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, xəbərlərdə dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdiyi xatırlanıb.

Tarix
2024.12.29 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla