Yuxarı

Demarkasiya qəfildən dayansa... – İrəvan narahatdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Demarkasiya qəfildən dayansa... – İrəvan narahatdır

Mənim üçün demarkasiyanın başlanğıcı və sonu məqbuldur, problem prosesin özündədir ki, birdən dayanar.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentin Müdafiə və təhlükəsizlik daimi komitəsinin rəhbəri Andranik Köçəryan deyib.

“2024-cü ilin ən nəzərəçarpacaq nailiyyəti hansıdır? Bir-birimizə demək olar ki, atəş açmadıq! Bəs hər bir dinc gündən bir-birimizə qarşı dözümlülük baxımından düzgün istifadə etdikmi? Yox. Bugünkü tövsiyə birləşdirici olmalıdır, onun əsasları 90-cı illərdə qoyulub. Ordunun qələbələrini xalqımıza, çətinliklərə dözərək, orduya qələbə qazanmaq imkanı verən hər kəsə borcluyuq”, - o bildirib.

Köçəryan Azərbaycanın ordu quruculuğunda kiçik mobil qruplara diqqət ayırması ilə bağlı şərhə cavab olaraq, Ermənistanın da buna diqqət yetirdiyini deyib:

“Belə deyək: müasir ordu - sayından asılı olmayaraq, xüsusi təyinatlı məntiq çərçivəsində fəaliyyət göstərən ordudur. Yəni böyük problemləri həll etmək üçün kiçik strukturlar. Bu o deməkdir ki, müasir silahlara və onlardan istifadə etmək üçün yaxşı biliyə malik hərbi personala sahib olmaq lazımdır. Bu, bizim məqsədimizdir, addım-addım reallığa çevirməyə çalışdığımız siyasətimizdir. İndi çox çətin bir yoldan keçirik”.

Tarix
2025.01.28 / 15:44
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video

Vahid Ələkbərovun sərvəti açıqlandı

"Moskva" və "Qars" Naxçıvan Konstitusiyasından çıxarılır

Naxçıvan Konstitusiyasına dəyişikliklər: ikinci səsvermə...

Milli Məclisin plenar iclası başladı

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla