Yuxarı

Yük avtomobillərinin özbaşınalığı: xüsusi icazələr...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yük avtomobillərinin özbaşınalığı: xüsusi icazələr...

Son illər yük avtomobillərinin törətdiyi qəzaların sayı artmaqdadır. Ağır fəsadlarla müşayiət olunan bu cür qəzalar, əsasən, sürücülərin dayanmadan işləməsi, avtomobillərin yorğun və yuxusuz halda idarə olunması, texniki nasazlıqlar, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, təhlükəli manevrlər və hərəkət zamanı diqqəti yayındıran davranışlarla əlaqələndirilir.

Bu kimi hadisələrdən biri də bu gün paytaxtın Heydər Əliyev prospektində baş verib. Yayılan görüntülərdən yük avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının ağır qəzaya səbəb olduğu aydın olur.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, yük avtomobillərinin, xüsusilə də ağır tonnajlı maşınların idarə olunmasında ciddi problemlər mövcuddur.

“Belə qəzalar kifayət qədər çoxalıb. Yük maşınlarının, daha çox da ağır tonnajlı maşınların necə gəldi idarə olunmasının şahidi oluruq. Hərçənd ki, onların ümumiyyətlə bəlli saatlarda mərkəzdə hərəkət etmələri qadağandır. Amma indi müəyyən layihələrə görə bəzi yük maşınlarına xüsusi icazələr verilir. Lakin bundan sui-istifadə edirlər. Hətta bir çox maşının üstündən palçıq tökülür. Halbuki onlar obyektdən çıxanda təmizlənməli, yuyulmalıdır. Çox heyif ki, bunlara da əməl etmirlər, həm yol pis günə qalır, həm də kifayət qədər təhlükəli vəziyyət yaradırlar. Təəssüf ki, bunların azaldığını müşahidə etmirik. Düşünürəm, bu kimi hallarla bağlı yol polisinin nəzarəti güclənsə, nəticə görəcəyik”.

Tarix
2026.02.02 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla