Yuxarı

Putin Bakıdan nə istəyir? Son “kart” işə salındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZAL təyyarəsinin vurulma faktının təsdiq edildiyi ilkin hesabatın açıqlanmasından sonra Rusiya üçüncü həmləsini – Azərbaycana təzyiqi davam etdirir. İlk iki həmləsi – vurulma faktının gizlədilməsi və məsuliyyətin bölüşdürülməsi – baş tutmadı, hesabatın açıqlanmasından sonra artıq nəyisə gizlətmək də mümkün deyil. Rusiyalı rəsmilərin dediklərindən aydın olur ki, Moskva “istintaqın tam yekunlaşmasını” gözləmək istəyir. Lakin bu gözləmənin zaman qazanmaq məqsədi daşıdığı bəllidir.

Bəlli olmayan və müəmmalı görünən məsələ Rusiyanın Azərbaycandan nə istədiyidir?

Rusiya Azərbaycandan təyyarə məsələsində hansısa güzəşt etməsini istəyir və təzyiq-təhdidlə Bakının razı salmaq xəttini izləyir. İlk baxışdan görünən budur. Halbuki Putinin üzr istəməsi tabunun yıxılması oldu və məntiqlə məsuliyyətin qəbul edilməsi, kompensasiyanın ödənilməsi Rusiya üçün Azərbaycanla münasibətlərin sınaq nöqtəsi olmamalıdır. Lakin Kremlin “körpüləri yandırmaq” siyasəti qarşıdurma motivinin görünəndən daha dərin olduğu, təkcə təyyarənin vurulması ilə yekunlaşmadığı versiyasını ön plana çıxarır.

Hazırda baş verənlər – Moskvanın təzyiq cəhdləri, Rusiyadakı azərbaycanlıların sıxışdırılması və s. 2013-cü ildə baş verən Orxan Zeylanov işini xatırladır. 2013-cü ilin prezident seçkiləri zamanı “Milyarderlər ittifaqı” ilə Əliyevə təzyiq etməyə çalışan Rusiya 9 oktyabrdan dərhal sonra miqrant kimi işləyən Zeynalovu qətl iddiası ilə həbs etdi - bu iddiada şübhəli məqamlar kifayət qədər idi, ardınca azərbaycanlılara qarşı kütləvi təzyiqlər başlandı. Zeylanov işi və onun ətrafında yaradılan səs-küy Bakı-Moskva xəttindəki pərdəarxası qarşıdurmada Kremlin istifadə etdiyi karta bənzəyirdi.

Rusiyanın yenidən klassik miqrant kartını işə salması və Azərbaycana qarşı analoji hücumları diqqəti pərdəarxasında başqa nüansların da olduğu ehtimalına yönəldir. Mümkündür ki, burada Trampın gəlişindən sonra Rusiyanın postsovet məkanında nəzarəti gücləndirmək və “kəskin seçim” istəyi də rol oynayır.

Bu qarşıdurmada Rusiya nə qədər irəli gedə bilər?

2013-cü ildən fərqli olaraq, Azərbaycanın əli indi daha güclüdür:

- Qarabağ məsələsi həll edilib və Rusiya istəsə belə praktiki olaraq bu kartdan istifadə edə bilməz;

- Tramp Administrasiyasının sələfindən fərqli olaraq, Azərbaycanla əməkdaşlığa üstünlük verəcəyi gözləntiləri çoxdur: Bu, Bakının Moskva qarşısında mövqeyini – alternativini gücləndirir;

- Qlobal təcriddə olan Rusiya üçün Azərbaycandan keçən nəqliyyat dəhlizləri həyati əhəmiyyət kəsb edir;

- 2020-ci ildən sonra Türkiyə Cənubi Qafqazda daha güclüdür.

Moskvanın təzyiq rıçaqları əvvəlki dövrlə müqayisədə məhduddur, ən təsirli kart kimi miqrant məsələsi görünür ki, bunun özü hər şeydən öncə Rusiyanın daxili bazarına zərər vura bilər. Bu baxımdan, Rusiyanın sonda Azərbaycanla razılaşmaq reallığını qəbul edəcəyi ehtimalı daha çoxdur. Putin Əliyevə zəng etməli olacaq.

Tarix
2025.02.11 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla