Yuxarı

Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazıbmış!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazıbmış!

SSRİ-nin keçmiş daxili işlər naziri (1988-1990), DTK-nın sonuncu şefi (1991-1992) Vadim Bakatin özünün “Keçmiş zamanda yol” (Дорога в прошедшем времени) kitabında 1990-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Ayaz Mütəllibovun ona yazdığı məktubu dərc edib.

Axar.az məktubun mətnini təqdim edir:

“Sizə etdiyimiz şifahi müraciətdən fərqli olaraq, yazılı müraciətin bəlli bir həssaslığı vardır. Ümid edirəm ki, bu qeydlər Sizin cari vəziyyətlə bağlı dəqiq fikrinizin formalaşmasında yetərli olacaq. Təbii ki, burada Ermənistan və Azərbaycan arasındakı əlaqələrin inkişafına təsir edən vəziyyəti nəzərdə tuturam.

Çoxları, o cümlədən Siz də əminsiniz ki, mövcud mərhələdə danışıqlar yolu ilə qarşıdurmanı aradan qaldırmaq və iki respublika arasındakı münasibətlərin vəziyyətini yumşaltmaq mümkündür. Sizi əmin etmək istəyirəm ki, konkret olaraq bu halda, danışıqlara başlamazdan əvvəl – hansı ki, mənim başa düşdüyümə görə, respublikalar arasında Dağlıq Qarabağ hadisələrindən əvvəl mövcud olmuş status-kvonun bərpasından söhbət gedir – müəyyən addımlar atılmalıdır. Yəni:

- Silahlı qruplaşmalar tərk-silah edilməlidir (razılaşın ki, Ermənistanda yaradılmış "milli ordu" Dağlıq Qarabağ məsələsində Azərbaycana psixoloji təzyiq göstərmək üçün təşkil olunmuşdur). Bu şəraitdə heç bir danışıqlar mümkün deyil.

- Dağlıq Qarabağın işlərinə müdaxilə dayandırmalıdır. Bu muxtar vilayət Azərbaycanın tərkib hissəsidir, Ermənistanın yox. Orada ermənilərin yaşaması heç nəyi dəyişmir. Ermənistan ərazisində artıq azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağ, ermənilər və onların “öz müqəddəratını təyinetmə” uğrunda “mübarizəsi” barədə hər yerdə hay-küy qaldırmaq nə dərəcədə etikdir? Siz mənim məsələyə baxışımı soruşursunuz. Bəs bunu xalqa necə izah edək? Axı heç kim XX əsrin əvvəllərində Ermənistan əhalisinin yarısını təşkil edən azərbaycanlılardan danışmır. Amma bu gün orada bir nəfər belə azərbaycanlı qalmayıb və biz ermənilər haqqında, onların guya diskriminasiyası, demoqrafik dəyişikliklər və sair barədə danışırıq.

Mən tam əminəm ki, bu gün Dağlıq Qarabağın mövcudluğu Azərbaycandan çox, Ermənistandan asılıdır. Əgər onlar bunu anlamazlarsa, muxtariyyət mövcudluğunu dayandıracaq, çünki orada ermənilər qalmayacaq! Və sizi əmin edirəm ki, heç bir ordu vəziyyəti xilas edə bilməyəcək. Buna görə də bizim şərtlərimiz belədir:

Azərbaycan suveren respublikadır. Dağlıq Qarabağ isə Azərbaycanın tərkibində, onun iqtisadi və siyasi strukturunda muxtar vilayətdir. Azərbaycanın ərazisində Azərbaycan SSR və SSRİ Konstitusiyası qüvvədədir”.

Tarix
2025.02.13 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla işləməyə davam edirik - Paşinyan

Şeyx Papa ilə görüşə gedir

Türkiyədən Zəngəzur açıqlaması: Başladıq!

Paşinyandan “Tramp yolu” ilə bağlı açıqlama

Pakistan qırıcıları Bakı səmasında - Video

Əliyevin bu bəyanatı tarixi hadisədir, cavabımız olacaq!

Türkiyə yük maşınları Azərbaycana belə gedəcək

Artıq 1 il 8 aydır sərhəddə heç bir əsgər həlak olmur

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla