Yuxarı

MN-in sabiq rəisi ilə bağlı vəsatətə baxılmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN-in sabiq rəisi ilə bağlı vəsatətə baxılmadı

Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktlnda qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə (Suqovuşan və Talış kənd) yeni hərbi hissələrdə binaların inşası zamanı ucuz və keyfiyyətsiz matriallardan istifadə olunub, cavabdeh şəxslər bu barədə məlumatlı olsalar da, aidiyyəti üzrə məlumat verməyiblər.

Məlum olub ki, 2021-2023-cü illər ərzində Suqovuşan və Talış kəndində tikintini həyata keçirən tender əsasında qalib olan şirkətə 5.281.066 manat ödəniş olunub. Həmin ödəniş əsasında şirkətə 248,825 manat əlavə pul köçürülüb.

Sonra təqsirləndirilən şəxslər ifadə verib. Onlar ifadəsində əlavə ödənişin olunmadığını, ümumiyyətlə, ödənişin bank üzərindən həyata keçirildiyini bildiriblər. Qeyd ediblər ki, bütün ərazilərdə tikinti gedib, hamısına nəzarət üçün imkan olmayıb.

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Şahin Cəfərov məhkəmədə çıxışı zamanı bildirib ki, dəymiş ziyan ödənilib: “Müdafiə Nazirliyinə dəymiş ziyan tam şəkildə ödənilib. Şəxslərdən tələb və şikayətimiz yoxdur”.

Daha sonra şahidlər dindirilib.

Onlar ifadəsində tikinti zamanı baxış keçirdiklərini və bu barədə aidiyyəti üzrə məlumat verdiklərini bildiriblər. Hər iki təqsirləndirilən şəxsin vəkilləri məhkəmədə müvəkkilərinin əmlakları üzərində olan həbsin götürülməsi üçün vəsatət qaldırıb.

Dövlət ittihamçısı Günay Əsgərova buna etiraz etməyib və qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses fevralın 20-də davam etdiriləcək.

Tarix
2025.02.14 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla