Yuxarı

Mehriban Əliyeva baş nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva baş nazirlə görüşdü

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bolqarıstanın Baş naziri Plamen Oreşarski ilə görüşüb.

Görüşdə ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı, Bakıda və Sofiyada qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, Bolqarıstan paytaxtında müasir incəsənət sərgilərinin təşkili, Sofiyada dostluq parkının yaradılması, Heydər Əliyev Mərkəzində Bolqarıstan musiqiçilərinin konsertlərinin keçirilməsi, Heydər Əliyev Fondunun təşkil etdiyi klassik musiqi festivallarında Bolqarıstan tərəfinin iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb (ANS).

Söhbət zamanı Heydər Əliyev Fondunun fəaliyyətinin beynəlxalq miqyasda böyük maraqla qarşılandığı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan tədbirlərin məmnunluq doğurduğu vurğulanıb.

Tarix
2014.02.20 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla