Yuxarı

Vardanyan yaşı 45-50-dək olanlardan dəstələr yaradırdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında şahid ifadə verib.

Axar.az xəbər verir ki, şahid qismində ifadə verən Qarabağda yaşayan erməniəsilli şəxs 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib.

“Bilmirəm Rusiyadan gəlmişdi, ya başqa yerdən”, - o əlavə edib.

O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib.

“Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?”

Şahid insanların 700-2000 dollar müqabilində dəstəyə qoşularaq hərbi təlimlərə cəlb olunduğunu deyib.

Daha sonra şahidin DTX-də ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.

Tarix
2025.03.11 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

Prezident nazirə baxdı: Buna dərhal son qoyacağıq

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla