Yuxarı

Ərdoğana təzyiqdir, 3 ildən sonra… - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğana təzyiqdir, 3 ildən sonra… - Zülfüqarov

İstanbul hadisələri ilə Suriyadakı son baş verənlər bir-birinə bağlıdır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Latakiyadakı üsyana birbaşa Rusiya hərbi bazalarının ərazisindən nəzarət edildiyi məlum olub:

“Operativ idarəetmə, təbliğat dəstəyi, o cümlədən səhnələşdirilmiş videoçarxların hazırlanması, atıcı silahların paylanması və sair. Bəlli olur ki, Rusiya nəzarətində olan iranyönlü proksi qüvvələr Suriyanın Aralıq dənizi sahilini nəzarətə götürmək niyyətində olublar. Cənubda onlarla eyni vaxtda vətəndaş müharibəsi başlayandan İsraillə əməkdaşlıqda ittiham olunan ifrat sağçı radikallar fəallaşıb. Ən əsası isə şimal-şərqdəki ərazilərdən paytaxt istiqamətində PKK-nın nəzarətində olan qüvvələrin hücumu başlayıb. Beləliklə, “qərbli” oyunçular İran-Rusiya qüvvələri ilə koordinasiyada türkyönümlü Əhməd əş-Şara müvəqqəti hökumətini devirmək cəhdini həyata keçirdilər”.

T.Zülfüqarov bildirib ki, İstanbulda baş verənlər Ərdoğana təzyiqləri davam etdirmək cəhdidir:

“Hesab edirəm ki, bu hadisələri 3 ildən sonra keçirilməsi planlaşdırılan və Ərdoğanın iştirak etməyəcəyi seçkilərlə əlaqələndirmək ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri də daxil olmaqla, 106 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir.

Tarix
2025.03.20 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla