Son 2 ayda Azərbaycanda 1500-dən çox partlamamış hərbi
sursat aşkar olunaraq zərərsizləşdirilib.
Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat
verilib.
Tərtər rayonu
Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış
keçirilib, nəticə etibarilə 29 000 kv.m ərazi yoxlanılıb.
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə
baxış keçirilib və 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 100
mm-lik top mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik
hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi
yoxlanılıb.
Ağdam rayonu
Zəngişalı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış
keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi)
aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi
yoxlanılıb.
Çəmənli kəndi - 1 əkin sahəsində 18 partlayış yerinə baxış
keçirilib, nəticə etibarilə 15 000 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış
keçirilib, nəticə etibarilə 1710 kv.m ərazi yoxlanılıb.
İyunun 7-də 5 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 31 partlayış
yeri, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top
mərmisi, 1 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 9M22U raketinin
(Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 61
710 kv. m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 7 iyun 2016-cı il
tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy,
Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir,
Sumqayıt və Bakı şəhərlərində 585 ev və həyətyanı sahə, 2 hərbi
hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb
məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə
baxış keçirilmiş, 1 507 ədəd partlamamış hərbi sursat, 11 ədəd
piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd
tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil
çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində
yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin
yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.