Yuxarı

Trofimçuk: “Bir azərbaycanlı mənə demişdi ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kim zəmanət verə bilməz ki, Qafqaz və Tatarıstan yenidən özlərinə daha çox müstəqilliyin verilməsi məsələsini qaldırmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, Rusiyanın parçalanması və ya tənəzzülü heç kim xeyir gətirməyəcək:

"Bizim hamımız - həm Rusiya, həm də ki, ona yaxın olan respublikalar SSRİ-nin parçalanması təcrübəsinə sahibik. Ona görə də bu hadisənin bizim ölkələrimizdə yenidən baş verməyəcəyini söyləyə bilmərik. Üstəlik, bu ölkələrin hamısı birgə və ya ayrı halda daha zəif SSRİ hesab edilirlər. Ona görə də Rusiyanın parçalanması haqqında danışarkən bunu hər kəs öz dövlətinə də aid etməlidir. Azərbaycanın məşhur xadimlərindən biri (artıq ölüb – Q.T.) mənə on il əvvəl demişdi: "Biz heç vaxt Rusiyaya parçalanmanı arzulamırıq. Biz anlayırıq ki, onun süqutu miqyasına və nəticəsinə görə Məsihin ikinci dəfə çarmıxa çəkilməsi demək olacaq". "Blomberq" və digər Qərb agentliklərinin reytinqinə qarşı Rusiyada daxili reytinq də tərtib olunur. Burada da eyni faizlər olur, sadəcə, hər şey Qərbdəkilərin söylədiklərinin əksinə göstərilir. Ona görə də biz reytinqə yox, real şəraitə nəzər salmalıyıq. Heç kim zəmanət verə bilməz ki, Qafqaz və Tatarıstan yenidən özlərinə daha çox müstəqilliyin verilməsi məsələsini qaldırmayacaq. Burada heç bir uydurmaya ehtiyac yoxdur. Belə ki, Tatarıstan özünü Rusiya ilə birləşmiş dövlət sayır. Lakin xəritənin yalnız bu hissəsində dayanmaq doğru olmazdı. Qəflətən yeni ağır məsələlər maliyyə problemləri ucbatından da baş qaldıra bilər. Hazırkı böhran iqtisadi yox, daha çox hərbi-siyasidir. O, bütün postsovet məkanına yayılıb və artıq ondan heç kim qaça bilməyəcək. Mən bəzi yaxın qonşuların yerinə olsaydım, Rusiyanın süqut etməyini arzulamazdım. Tutaq ki, günlərin birində səhər Rusiyaya nəsə olsa, artıq naharda ona yaxın olan ölkələrdə də nə isə baş verəcək".

Tarix
2016.06.09 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla