Yuxarı

Aktobe və Ankara teraktının arxasında kim dayanır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktobe və Ankara teraktının arxasında kim dayanır?

Qazaxıstanda birbaşa Nazarbayevin əleyhinə çıxış edən siyasi qruplar hazırkı vəziyyətdən daha çox istifadə edirlər.

Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə danışıb. Ekspertin qənaətinə görə, Qazaxıstan olaylarının arxasında nə vaxtsa hakimiyyəti ələ keçirməyi planlaşdıran qüvvələr dayanmır:

"Bu planın təşkilatçıları terrorçu şəbəkə ilə sıx bağlıdır. Ölkədəki stabil mürəkkəb vəziyyət son illərdə Nazarbayevin getməsi ilə bağlı müxtəlif mülahizələrin ortaya atılmasından qaynaqlanır. Hətta prosesdə maraqlı olan siyasi tərəflərin adları da çəkilir. Bu siyasi qruplar vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hər an hərəkətə keçə bilərlər. Hakimiyyət son hadisələrin fonunda daha çox cəmiyyətdəki reaksiyalardan ehtiyatlanır. Elə buna görə də torpaq məcəlləsi ilə bağlı dəyişikliklərə xitam verilib. Nazarbayev bilir ki, əgər bu, baş versə, proseslərin qarşısını almaq çətin olacaq".

Politoloq Aktobe və Ankara teraktlarının arxasında eyni qüvvələrin dayandığını deyib:

"Aktobe və Ankaradakı son terrorda məhz hərbi hissəyə yaxın hücumların təşkil olunması o anlama gəlir ki, bu işin arxasında xarici iz var. Belə bir vəziyyət isə hər iki ölkədə daxili siyasi qrupların xeyrinə işləyir".

Qeyd edək ki, Qazaxıstanda xalqı meydanlara çıxmağa vadar edən səbəb Torpaq Məcəlləsində torpaq sahələrinin 25 il müddətinə xarici vətəndaşlara icarəyə verilməsini nəzərdə tutan düzəlişlərdir.

Mayın əvvəlində qəbul olunmuş düzəlişdən sonra gözlənilmədən bir sıra iri şəhərlərdə - Aktau, Aktobe, Semeye, Janozene və Qızılordada etiraz aksiyaları başlayıb. İyunun 5-də bir qrup şəxs əvvəlcə iki silah mağazasına basqın edib, daha sonra hərbi hissələrə hücum çəkib.

Anti-terror əməliyyatları zamanı 13 ekstremist öldürülüb, 14-ü yaralanıb. 6 terrorçu axtarışdadır. İyunun 6-da ölkədə ən yüksək terror təhlükəsi "qırmızı hədd" elan edilsə də, sonradan 40 gün müddətində bu, "sarı hədd"ə salınıb.

Tarix
2016.06.10 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

Əli Əsədov Tiflisdə Kobaxidze ilə görüşdü

Prezident Yaqub Eyyubova orden təqdim etdi - Foto

İlham Əliyev sübut etdi ki... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla