Yuxarı

Bunun üçün böyük məbləğin ayrılmasını düşünmürük - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunun üçün böyük məbləğin ayrılmasını düşünmürük - Nazir

Maliyyə Nazirliyi dövlət büdcəsindən proqnozlaşdırıla bilinməyən hadisələrə çox böyük məbləğin ayrılmasını düşünmür.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Deputatlar fövqəladə hallarla bağlı vəsaitin az olduğunu qeyd etdilər. Fövqəladə halların öncədən proqnozlaşdırılması çox məhduddur. Növbəti il ərzində büdcənin icrası zamanı icra edilməyən vəsaitin məbləğinin çox olmaması üçün xüsusi olaraq böyük məbləğ ayrılmır. Lakin istənilən fövqəladə hallarla bağlı tədbirlər zamanı həm dövlət büdcəsinin ehtiyat fondundan, həm də Azərbaycan Prezidentinin Ehtiyat Fondundan lazımı qədər, artıqlaması ilə vəsait ayrılır”, - o vurğulayıb.

Nazir qeyd edib ki, eyni zamanda bir qrup vəsait digər köməkçi bölmələrdən bu istiqamətə ayrıla bilir: “Biz proqnozlaşdırıla bilinməyən hadisə ilə çox böyük məbləğin ayrılmasını düşünmürük. İstənilən fövqəladə vəziyyətlə bağlı köməkçi bölmələrimiz və ehtiyat fondlarımız vasitəsilə ora vəsait ayıra bilirik”, - o vurğulayıb.

Tarix
2025.05.27 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla