Yuxarı

Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyanın 300 min azərbaycanlının qayıdışının mümkünlüyü ilə bağlı jurnalistin sualına cavabı erməni politoloqların hələ də müzakirə etdiyi mövzudur.

Axar.az xəbər verir ki, Simonyan 300 min azərbaycanlının geri qayıdışı məsələsinə “Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər” sözləri ilə reaksiya vermişdi.

“Fakt” erməni nəşri yazıb ki, 2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min azərbaycanlı – yəni əhalinin 1/6-i ciddi təhlükədir.

Simonyanın qarşılıqlı olaraq ermənilərin də Qarabağa və yaxud Bakıya qayıtması mümkünlüyü haqda açıqlamasını isə erməni politoloqlar “görməzdən gəlməyə” çalışıblar və əsas diqqəti məhz 300 min azərbaycanlının qayıdışına yönəldiblər.

Politoloq Artur Xaçikyan deyib ki, 300 min azərbaycanlıdan başqa bura çoxlu sayda Azərbaycan polisi də gələcək, səbəb də azərbaycanlıların təhlükəsizliyini təmin etməkdir. O əmin olduğunu bildirib ki, Azərbaycan və erməni əhalisi arasında münaqişələr başlayacaq. Xaçikyan ermənilərin Zəngəzur və digər ərazilərdən qaçacağı ilə bağlı bir neçə gün öncəki iddiasını təkrarlayıb.

“Məşhur bir rəvayət var ki, qurbağanı soyuq suya salıb onu tədricən qaynama temperaturuna qədər qızdırsan, qurbağa təhlükəni hiss etməyəcək və diri-diri qaynayacaq. Ancaq müasir təcrübələr belə bir şeyi təsdiq etmədi. Sağlam bir heyvan təxminən 25 dərəcə selsidə narahat olmağa başlayır və çölə çıxmağa çalışır. Erməni cəmiyyətinin qurbağadan da axmaq olduğu aşkar edilsə, çox üzücü olardı.

İndi bizim seçilmiş məmurlarımız danışmağa başlayıblar ki, Qərbi Azərbaycanla bağlı rəvayətlərdən üzülməyə, sadəcə olaraq kəndlərinə qayıdacaq üç yüz min azərbaycanlıdan narahat olmağa dəyməz. Artıq uçmağın vaxtıdır? Yoxsa bir az daha gözləməliyik?” – nəşr yazıb.

Qeyd edək ki, Simonyan “qarşılıqlı olaraq qayıtmaqdan”, “sülh sazişindən 5 dəqiqə sonra erməni və azərbaycanlıların artıq alış-verişə başlayacağı”ndan bəhs edib və erməni politoloqlar buna toxunmaq istəmirlər. Əslində ən böyük təhlükə ermənilərin qayıdışıdır. Çünki azərbaycanlılar əzəli torpaqlarında – indi Ermənistan adlanan ərazidə - sakit yaşayıblar, ötən əsrdə 4 dəfə öz yurdlarından deportasiya edilsələr də, bircə dəfə də olsun, torpaq iddiası qaldırmayıblar. Əvəzində isə qovulublar, təhqir ediliblər, etnik zəmində təzyiqlərə məruz qalıblar, qısnanıblar, vəzifə verilməyib və s.

Ermənilər isə Bakıda yaşadıqları müddətdə burda onlara yaradılan çoxsaylı imtiyazlardan istifadə ediblər, Qarabağda da “ayrıca respublika” kimi davranıblar – öz məktəbləri, universitetləri, bütün hər yerdə erməni dili, bütün vəzifələrdə ermənilər. Bakının özündə belə bütün rayonların ən azı ikinci katibləri ermənilər idi.

Yəni əslində Simonyanın təklifi Azərbaycan üçün yaxın onilliklərdə növbəti “erməni qarayarası” hazırlamaqdan başqa bir şey deyil.

Tarix
2025.05.31 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

Laçında Şərif bu feldmarşalı 2 dəfə ayağa qaldırdı - Tanıyın!

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla