Bakının Sabunçu rayonunda polis və naməlum şəxlər
arasında atışma baş verib.
Məlumata görə, təxminən yarım saat əvvəl Sabunçu rayonundakı 62
saylı orta məktəbin yaxınlığında atışma olub. Atışma nəticəsində
dörd polis əməkdaşı ağır yaralanıb. Bir nəfər isə öldürülüb.
Öldürülən şəxsin Suraxanı rayon polis idarəsinin rəis müavini Akif
Nəzərovun oğlu olduğu bildirilir. Yaralılar 3 saylı Sabunçu rayon
xətəxanasına yerləşdirilib. Hələlik atışmada qarşı tərəfin kimlər
olduğu məlum deyil ("Qafqazinfo").
***
Sabunçu Rayon Polis
İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi
Musabəyov küçəsində qeydə alınıb.
Qonşular arasında düşən dava daha sonra silahlı insidentə
çevrilib. Nəticədə 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov
və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü
il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev və 1990-cı il
təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3
saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
F.Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini
araşdırırlar.
Qeyd edək ki, hadisə nəticəsində yaralanmış Akif Nəzərov
Suraxanı rayon Polis İdarəsində rəis müavini, onun oğlu Asif
Nəzərov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində
təhqiqatçı vəzifəsində çalışır.
***
"Axar.az"ın əldə etdiyi qeyri-rəsmi məlumata görə,
qonşular arasında dava torpaq üstündə düşüb.
Belə ki, məktəbin stadionunda xeyir-şər evi tikmək istəyən
Gülağa adlı şəxsə məhəllədə yaşayan rəis müavini Akif Nəzərov və
qonşular razılıq verməyib. Buna baxmayaraq, Gülağa həmin əraziyə
mişar daşı töküb. Bazar günü olmasından istifadə edən (işdə
olmadığından) Akif Nəzərov oğlu və bir neçə gənc qonşusu ilə birgə
mişar daşlarını ərazidən təmizləyib, stadionun kənarlarına yığıb.
Bu vaxt əraziyə gələn Gülağa niyə belə etdiklərini soruşub. Akif
Nəzərov isə qanunsuzluq etdiyini onun nəzərinə çatdıraraq, çıxıb
getməsini istəyib.
Gülağa evinə gedib, maşınıyla və ov tüfəngi ilə qayıdıb,
stadionu təmizləyənləri atəşə tutub. Nəticədə Akif və Asif
Nəzərovlar da daxil olmaqla 4 nəfər yaralanıb, bir nəfər ölüb.
F.Qədirovun Gülağanın açdığı atəşdən öldüyü bildirilir.
Məktəbin stadionunun F.Qədirovun evinin qarşısına düşdüyü və
buna görə də mübahisə subyektinə çevrildiyi də qeyd olunur.
***
22:45
Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərovun
hadisə baş verən vaxt idman geyimində olduğu, tabel silahının
üstündə olmadığı deyilir. Gülağanın isə bu məhəllədə deyil, qonşu
məhəllədə yaşadığı qeyd olunur.
Gülağanın açdığı atəş nəticəsində ölən Fərid Qədirov Milli
Aviasiya Akademiyasını bitirib, Beynəlxalq Aeroportda mühəndis
işləyirmiş. İki qardaşdılar. Uşaqkən atasını itirən və anasının
himayəsində böyüyən Fərid ailəlidir, iki övladı var.
Gülağa atəş açdıqdan sonra maşına minərək, hadisə yerindən
qaçıb.
11:45
Hadisəyə səbəb olan torpaq sahəsinin fotoları: