Yuxarı

İran əsilli xarici vətəndaşlar Azərbaycana təxliyə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup İran əsilli xarici vətəndaş növbəti humanitar əməliyyat çərçivəsində Azərbaycan ərazisinə təxliyə olunub.

Axar.az xəbər verir ki, təxliyə prosesi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində beynəlxalq humanitar normalara uyğun şəkildə təşkil edilib. Vətəndaşlar sənədləşmə, sərhəd və tibbi yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar.

Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər. Həmin şəxslər üçün ayrılmış nəqliyyat vasitələri ilə Bakı istiqamətində hərəkət təmin olunub. Hazırda digər ölkə vətəndaşlarının da təxliyəsi davam etdirilir.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Tarix
2025.06.28 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor

AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

Azərbaycanlılara hücum: Volokovıx XİN-ə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla