Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Rusiyanın Yekaterinburq şəhərində güc strukturları əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən tam görüntü yayılıb.
Axar.az xəbər verir ki, E1.ru-ya istinadən xəbər verir ki, görüntülərə əsasən, Şahin Şıxlinski və oğlu Mutvəlinin (avtomobili idarə edən) olduğu "Gelandevagen" markalı avtomobil sağa dönən kimi "Lada" markalı maşın onun yolunu kəsir.
Bundan sonra UAZ yaxınlaşır, oradan hərbi formada olan şəxslər çıxaraq, "Gelandevagen"in şüşələrini sındıraraq sürücü və sərnişini tutmağa çalışırlar.
Bu zaman ata və oğlunun arxasınca gedən "Toyota" markalı maşın zədələnib. Belə ki, "Gelandevagen" qəfil geriyə dönərkən, "Kamri"nin kuzovunun ön hissəsini əzir.
Mutvəli sonradan bildirib ki, hücuma məruz qaldığını zənn edib və qaçmağa çalışıb.
Qeyd edək ki, Şahin Şıxlinski "şahid qismində dindirilmək üçün" istintaqa aparılıb və ifadə verdikdən sonra sərbəst buraxılıb.