Yuxarı

Tələbələrin etirazına nazirdən açıqlama gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qanun çərçivəsində nizam-intizama riayət edilməlidir"

Təhsil naziri Mikayıl Cabbarov son günlər Azərbaycanın ali təhsil müəssisələrində imtahan qaydalarının dəyişməsi ilə bağlı etirazlara aydınlıq gətirib.

"Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, imtahanın formasından asılı olmayaraq onların hər biri şəffaf və obyektiv keçirilməlidir.

Onun sözlərinə görə, istənilən tələbə və ya tələbə qrupunun imtahanların keçirilməsində hansısa qanun pozuntusuna yol verilməsi ilə bağlı məlumatı varsa, bunun araşdırılması üçün nazirliyə müvafiq müraciətlər etməlidir:

"Təhsil Nazirliyi olaraq biz tənzimləyici qurum kimi müvafiq qərarlarımızı və cəzalarımızı verməyə hazırıq. İmtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamalıdır. İmtahan forması şifahi şəkildədirsə, obyektiv, digər formalardadırsa, qeyri-obyektiv kimi təqdim edilməsi ən azı sadəlövhlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır".

Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasətə gəlincə, nazir qeyd edib ki, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır. Təhsil Nazirliyi tərəfindən bu məsələdə mövqeyin birmənalı olduğunu deyən M.Cabbarov bildirib ki, bu, həm təhsil verənlərə, həm də təhsil alanlara aiddir: "Qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Qanun pozuntuları olarsa, bütün tədbirlərin, cəzaların tətbiq olunması təmin olunacaq".

Təhsil naziri vurğulayıb ki, təhsil sistemində qiymətləndirmə çox mühüm amillərdən biridir. Onun sözlərinə görə, bu yay keçirilən müəllimlərin işə qəbulu imtahanlarında 19 min müəllim diplomunu əldə edən namizəddən yalnız 1474 nəfərini seçmək mümkün olub: "Bu da öz növbəsində onu göstərir ki, ali təhsildə verilən bilik səviyyəsi heç də obyektiv və şəffaf keçirilən imtahanda tam şəkildə təsdiqlənə bilmir. Bu da universitetləri həm təhsil sistemlərinə, o cümlədən qiymətləndirmə formalarına yenidən baxmağa və təkmilləşmə yolları axtarmağa məcbur edir. Bu normal bir prosesdir. Ona görə də ali təhsil ocaqlarının bu məsələlər barədə düşünməsi və islahatların, təkmilləşmənin yeni formaların tətbiqi məntiqli və düzgün bir istiqamətdir".

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universitetinin tələbələri imtahanların yazılı formada keçirilməsinə etiraz edərək aksiyalar keçiriblər.

Tarix
2013.11.04 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla