Yuxarı

Uşaqların sağlamlığının qorunması ilə bağlı xidmətlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqların sağlamlığının qorunması ilə bağlı xidmətlər...

İcbari tibbi sığortanın ilkin səhiyyə xidmətlərinin mühüm istiqamətlərindən biri də uşaqların sağlamlığının qorunması və xəstəliklərin profilaktikasıdır. Təsdiq edilmiş müayinə cədvəlinə əsasən uşaqların icbari dispanserizasiyası aparılır, ehtiyac yarandıqda müvafiq həkim-mütəxəssisə əlavə müayinə və müalicə üçün göndəriş verilir, Milli Peyvənd Təqviminə uyğun immunizasiya tədbirləri həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, uşaq və yeniyetmələrin sağlam qidalanması, yenidoğulmuşlara qulluq və ana südü ilə qidalanma ilə bağlı məsləhətlər verilir, əhali arasında sağlam həyat tərzinin təşviqinə yönəlmiş sanitar maarifləndirmə işi aparılır.

Bununla yanaşı, uşaqların ağız boşluğu sağlamlığının mütəmadi müayinəsi, ağız boşluğuna qulluq və sanitar-gigiyenik vərdişlərin öyrədilməsi həyata keçirilir.

Zəruri hallarda qan, sidik, və digər müayinələr üçün nümunələr götürülərək laborator müayinələrə yönləndirilir.

Uşaqların sağlamlığının qorunması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılması ilə yanaşı, profilaktik tibbi müayinələrin vaxtında aparılması mühüm əhəmiyyət daşıyır.

İcbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətləri bu istiqamətdə mühüm dəstəkdir.

Tarix
2026.10.06 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla