Yuxarı

Bütün bunlar mənə möcüzə kimi gəlir - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün bunlar bizə, o cümlədən mənə möcüzə kimi gəlir.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

“Böyük Qayıdışa gəlincə, bunun üçün gərək ayrıca böyük panel düzəldək və bir neçə saat mən təkcə bu suala cavab verim. Çünki doğrudan da görülən işlər o qədər genişmiqşyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir. Getdikcə qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci 4 ildə daha çox infrastruktur layihələri ilə məşğul idik, onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəsi ilə təmin edilib və Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 MVt gücündə su elektrik stansiyaları elektrik istehsal edir və bu elektrik Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, o qədər elektrik lazım olsun.

Siz indi maşınla gəlmisiniz, tunellərdən də keçmisiniz. Təkcə Füzuli yolunda 7 tunel inşa edilib. Ümumi tunellərin uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti 2-3 ayda hazır olacaq. Murov dağının altındakı bu tunelin uzunluğu, təkcə bir tunelin uzunluğu 11700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib, indi Ağdama rahat qatarla getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun tikintisi də yəqin ki, yaxın zamanlarda başlayacaq. Həm çox mənzərəli bir vasitə olacaq, bunun funksional tərəfi də çox önəmlidir. Yəni hər yerdə inşaat, quruculuq işləri aparılır, xəstəxanalar, yaşayış binaları tikilir. Qeyd etdiyim kimi, biz infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun bir kəndinə insanlar qayıdıb, artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. Bütün bunlar bizə, o cümlədən mənə möcüzə kimi gəlir. Halbuki sirr deyil ki, bütün bu qərarların verilməsində mənim iştirakım olub. Amma bu gün qısa müddətdə bu qədər böyük işin görülməsi bir daha göstərir ki, nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, bura səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil”, - İ.Əliyev vurğulayıb.

Tarix
2025.07.19 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Misirin yeni səfiri Azərbaycana gəldi

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşdü - Foto

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla