Yuxarı

Milli Məclis pasportlar haqqında Qanunu dəyişdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis ""Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanunu ilkin oxunuşda qəbul edib.

"Axar.az" xəbər verir ki, bu gün keçirilən Milli Məclisin plenar iclasında ""Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi müzakirə edilib.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, mövcud "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanununun 6-cı maddəsinin birinci hissəsinə 5-ci bənd əlavə edilməsi nəzərdə tutulur.

Əlavəyə əsasən, Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.

Tarix
2014.02.25 / 15:01
Müəllif
Hüseyn
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla