Yuxarı

Canlı yayımda övladına zorakılıq edən şəxslə bağlı qərar...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Canlı yayımda övladına zorakılıq edən şəxslə bağlı qərar...

Sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarşı zorakılıq, qeyri-etik ifadələr olan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli məlumat verib.

O bildirib ki, etdiyi hərəkətlərlə 7 yaşlı övladının həyat və sağlamlığı üçün real təhlükə yaradan 1999-cu il təvəllüdlü Zəminə Qurbanova Bərdə rayonunda müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb:

"Azyaşlı tibbi müayinədən keçirilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxs barəsində isə protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib. Azyaşlının valideynindən alınaraq sığınacağa yerləşdirilməsi və Z.Qurbanovanın valideynlik hüququndan məhrum olunması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb".

Tarix
2025.09.18 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla