Yuxarı

Zaqatalada dağ çaylarına ağır texnikalar cəlb olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada dağ çaylarına ağır texnikalar cəlb olundu

Zaqatalanın dağ çaylarında sel sularına qarşı mühafizə işlərinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev məlumat verib.

Baş mühəndis bildirib ki, ətraf əraziləri seldən qorumaq üçün qabaqlayıcı tədbirlər plana uyğun olaraq aparılır. Buna baxmayaraq, yaz və payız aylarında aramsız yağan yağışlar təbii olaraq dağ çaylarında suyun səviyyəsini artırır:

"Mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən çaylar ən təhlükəli çaylar hesab olunur. Talaçay çayı Zaqatala rayonu ərazisindən keçən və dağıdıcı gücə malik olan çaylardan biridir. Hazırda çayda suyun səviyyəsi artıb. Çayın məcrasında idarənin buldozerləri vasitəsi ilə təmizləmə işləri həyata keçirilir. Bundan başqa Katexçayda, Talaçayda, Muxaxçayda, Bəkməzçayda və Qara çayda buldozerlər, ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi işləri 60 km məsafədə həyata keçirilib".

Qeyd edək ki, Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən bu ilin 8 ayı ərzində Talaçay sisteminin sol sahilində Yuxarı Tala kəndinin yaşayış məntəqlərinin mühafizə olunması məqsədilə 30 paqon metr uzunluğunda sahilqoruyucu daş-beton bənd təmir olunub.

Tarix
2025.09.20 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla