Yuxarı

Hərbçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Zəyəm-Sabirkənd yolunda qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sucəddin Tacəddin oğlu Şükürlünün idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sərnişini - İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Vəfadar oğlu Mustafayev hadisə yerinə ölüb.

Sürücü və sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Eyvaz oğlu Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Vüqar oğlu Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.02.08 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla