Yuxarı

Şəkidə “Şaqman” piyadanın üstündən keçdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkidə “Şaqman” piyadanın üstündən keçdi

Şəkidə 47 yaşlı kişinin üstündən yük maşını keçib.

Hadisə şahidlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.

Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi “Şaqman” markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmailovun üstündən keçib.

Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2017.05.19 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Biz buna böyük sərmayə yatırırıq - Prezident

İrandan təxliyə: Koşta Azərbaycana təşəkkür etdi

“Trampın yolu”nu dayandırmaq niyyətimiz yoxdur - Paşinyan

Şarl Mişel: Qlobal Bakı Forumu böyük imkan yaradır

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü... - Foto

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Migel Angel Moratinos Azərbaycanda səfərdədir

İranda quru əməliyyatı olacaq: Bu ada işğal ediləcək!

Antonio Koşta Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla