Yuxarı

ATV-nin aparıcısı şantaj olundu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV telekanalının aparıcı siması, “Amedia Group”un rəhbəri Azər Zahidin İnstaqram profili türkiyəli vətəndaşlar tərəfindən oğurlanıb.

Bu barədə Teleqraf.com-a Azər özü məlumat verib. O bildirib ki, səhifəsinin geri qaytarılması üçün ondan 1000 türk lirası istəyiblər:

“Profilimin geri qaytarılması üçün məndən pul istəyirlər. Bu pulu mən onlara verə bilərəm. Amma niyə verməliyəm?! Özünə də demişəm, gəlsin Bakıya, görüşək, bəlkə onun üçün burda pul da xərcləyərəm. Amma dediyi kimi, hesabına pul göndərmək fikrim yoxdur”.

Qeyd edək ki, oğurlanan profilin adı tez-tez dəyişdirildiyi üçün Azər Zahid öz adını geri götürə bilib. Hazırda onun oğurlanmış səhifəsinin adı “Bahadır Elmas” olaraq qalır. Lakin Azər həmin profildə olan 76 min izləyicisini itirdiyini bildirib:

“Oğurlanmış profilimin adı Azər Zahid olmadığı üçün mən bu adla yeni hesab aça bildim. Bir nəfər mənə bu işdə köməklik göstərdi. Lakin nəyə görə mən 76 min izləyicimi itirməliyəm? Həmin insan mənim bir çox arxiv şəkillərimi də pozub. Həm mən yenicə çəkilişlərini bitirdiyim “Top ulduzlar” layihəsinin İnstaqram piarını apara bilmədim. Nə canlı yayıma çıxa bildim, nə şəkil paylaşdım. Buna görə çox əsəbiyəm. Artıq bu, ənənəvi hal alıb. Profili oğurlanan ilk və tək adam mən deyiləm ki. Buna görə də düşünürəm, aidiyyəti qurumlar artıq bu məsələni nəzarətə götürməlidirlər. Belə olmaz. İnstaqram hesabı şəxsi bir şeydir. İkinci bir adamın ona əli çatmamalıdır”.

Azər Zahid onu da qeyd edib ki, artıq özü üçün yeni profil açıb. O, İnstaqram izləyicilərini yeni “azerzahid” profilini izləməyə, “Bahadır Elmas” profilini isə “unfollow” etməyə dəvət edib.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma aparılır.

Tarix
2017.08.29 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla