Yuxarı

Generalımızın abidəsi Lvovda bərpa edildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Generalımızın abidəsi Lvovda bərpa edildi - Foto

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirinin müavini olmuş general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin Ukraynanın Lvov şəhəri qəbiristanlığındakı qəbirüstü abidəsi yenidən qurulub.

Kult.az xəbər verir ki, abidə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Azərbaycan Daxili İşlər Nazirliyinin dəstəyi ilə yenidən qurulub.

Abidənin açılış mərasimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diaspor fəalları və Lvov şəhərinin ictimai fəalları iştirak ediblər.

Bu abidənin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə töhfə olduğunu deyən səfir bildirib ki, Məhəmməd Sadıq bəy Ağabəyzadənin həm peşəkar hərbçi, həm alim kimi Azərbaycan dövləti, xalqı qarşısında böyük xidmətləri olub. Bu cür şəxsiyyətlərin adının əbədiləşdirilməsi olduqca önəmlidir.

“Ağabəyzadə ömrünün bir hissəsini Lvov şəhərində yaşayıb və burada da dəfn olunub. O, 1927-ci ildən Lvov Universitetinin fəlsəfə fakültəsində işləyib, türk, fars və ərəb dillərini tədris edib. Tanınmış şərqşünaslar, alimlər Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin, Ziqmunt Smoqojevski, Kotviç və başqaları həmyerlimiz, professor Məhəmməd Sadıq bəy Ağabəyzadənin yetirmələri olub”, - deyə səfir əlavə edib.

Xatırladaq ki, Məhəmməd Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub.

1886-cı ildə Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlayıb. 10 il keçdikdən sonra Sankt-Peterburq şəhərində baş ştab nəzdində Şərq Dilləri İnstitutuna qəbul olunub. Həmin institutu bitirdikdən sonra 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib. 1913-cü ildə Məhəmməd Sadıq bəy səhhətinə görə general-mayor rütbəsində istefaya çıxıb.

Lakin I Dünya müharibəsi onun həyatını dəyişib. Məhəmməd Sadıq bəy andına sadiq qalaraq müharibəyə könüllü yollanıb, Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak edib. 1918-ci ilin 23 oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Məhəmməd Sadıq bəy daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə o, 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərib.

1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçüb.

1944-cü il oktyabrın 9-da Lvovda vəfat edib.

Tarix
2017.12.01 / 17:06
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla