Yuxarı

Nazir italiyalı kinematoqrafçılarla görüşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir italiyalı kinematoqrafçılarla görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Kult.az xəbər verir ki, nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə Mədəniyyət Nazirliyi və İtaliyanın film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti” Nəşriyyat Evinin birgə dəstəyi ilə keçirilən festivalın İtaliya və Azərbaycan kino sənayesinin təbliğ və inkişaf etdirilməsinə xidmət etdiyi qeyd edilib. Həmçinin görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi barədə vurğulanıb.

Nəşriyyat Evinin təsisçisi Sandro Teti səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib, həmçinin Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.

Eyni zamanda nazir İtaliya Hökümətinə festivalın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tarix
2019.01.31 / 10:12
Müəllif
Kult.az
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla