Yuxarı

Bakıda aptekin gəncə qarşı iyrənc hərəkəti

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədidə 7-ci mikrorayonda yerləşən apteklərdən birində gənc oğlan uşaq yeməyini götürərək gedib. Daha doğrusu, deyib ki, yeməyi bayırda dayanan həyat yoldaşıma göstərim, gəlirəm. Bunu deyib və bir daha geri qayıtmayıb. Təbii ki, pulu olmadığı üçün. Yoxsa heç kim 5-6 manatlıq uşaq yeməyinə görə bu yola əl atmaz.

Bəs aptek nə edib? Gəncin təhlükəsizlik kamerasına düşən görüntüsünü sosial şəbəkələrdə paylaşaraq, onu biabır etməyə çalışıb. Üstəlik, təhqir dolu sözlərlə.

Əvvəla, “oğurlanan” məhsula diqqət edin – uşaq yeməyi! Bu, çörəkdən də, geyimdən də, hətta dərmandan da vacibdir. Çox güman ki, həmin gənc ata çarəsiz qalaraq bu yola əl atıb. Doğru hərəkət edib? Əlbəttə, yox. Ancaq onun bu hərəkətinin cəzası belə təhqir, biabır olunmaq deyildi.

Açığı, bir aptekin 5-6 manatlıq uşaq yeməyinə görə bu yola əl atması inanılmazdır. Nəzərə alaq ki, əksər apteklər ucuz aldıqları dərmanları həkimlərlə əlbir olaraq, onqat bahasına vətəndaşlara sırıyır, camaatı soyur.

Hələ mən onların tərkibi dəyişdirilmiş, faydalı komponentləri çıxarılmış təsirsiz dərmanları satmaqlarından heç danışmıram. Bunlar başqa söhbətin mövzusudur.

Gələk aptekin hərəkətinə...

Aptek əməkdaşları gənc atanın fotosunu paylaşaraq təkcə ona zərbə vurmadılar, həm də gələcəyin əsgəri, müəllimi, alimi, həkimi... olan bir körpənin başıaşağı böyüməsinə zəmin yaratmış oldular.

Maraqlıdır, biz nə zaman bu qədər qansızlaşdıq? Milyonçuları, xeyriyyəçiləri də tanınan Azərbaycan xalqı niyə bu hala gəldi? Təbii, ümumiləşdirmirəm, hələ də xeyriyyəçilərimiz var.

Amma xeyriyyəçilik təkcə kiməsə pul vermək deyil, həm də onun evinə, balasına bir tikə çörək aparmasına yardım etməkdir. Xeyriyyəçilik həm də yaşlı birinə yolu keçməkdə kömək etməkdir. Xeyriyyəçilik aptekin bu hərəkətinə qarşı çıxmaqdır. Necə ki, sosial şəbəkə istifadəçiləri aptekin bu mənəviyyatsızlığına çox sərt şəkildə etirazlarını bildirdilər. Hətta vətəndaşlar “sabah gəlib o yeməyin pulunu özüm ödəyəcəm” dedilər.

İndi aptek deyəcək ki, bizdən istəsəydi, pulsuz verərdik. Yaxşı, istəməyib də, utanıb, səhv edib. Onun cəzası bu idimi? Əsla.

Artıq sözügedən mikrorayonda yaşayan bəzi sakinlər bu apteki boykot etməyə başlayıb.

Bir daha xatırladıram, söhbət uşaq yeməyindən gedir. Paltar deyil, içki deyil, oyuncaq deyil, şokolad deyil. Hava-su qədər vacib olan bir qidadır.

Bir körpənin yemək yeməsindən gedir söhbət. Ac bir uşağın yeməyinə göz dikən aptek isə heç kimin dərdinə dərman ola bilməz!

Tarix
2019.03.28 / 12:09
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla