Yuxarı

Ailəsi danışdı: Şəfa necə öldü... - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ailəsi danışdı: Şəfa necə öldü... - Video

ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışında mərhum müğənni Şəfa Hüseynovanın həyatından danışılıb.

Kult.az xəbər verir ki, qohumları və qardaşı onunla bağlı xatirələrini bölüşüblər.

"Valideynlərimiz Şəfanın oxumağına narazılıq edirdi. Sonra ilk anam başladı dəstək olmağa. Ailə qurdu, yoldaşı ilə yola getmədilər, boşandı. Bir çox mahnının sözlərini də öz həyatı ilə bağlı yazmışdı. Evdə yoldaşının başqa qızlarla şəkillərini tapdı. Dedi, boşanıram. İstədik barışdıraq, mümkün olmadı. Bizə dəvətnamə gəlmişdi, qohum toyu idi. Şəfanı toya müğənni kimi çağırmamışdılar. Həmin günə Bakıda da toyu vardı. Axşam belə qərara gəldik ki, toya getməyək. Səhər tezdən yatdığım otağın qapısını açdı, "Səxavət, dur toya gedək, yaxşı deyil, ayıbdır”.

Getdik toya. Səhər saat 05:00-da yola çıxdıq. Nə içkili idim, nə də yuxulu. Hüseynə dedim, deyəsən yorğunsan, gəl yerimizi dəyişək. Sükana mən keçdim, sonra qəza baş verdi. Bizi xəstəxanaya aparanda həkimlər anama ağrıkəsici iynə vurmaq istəyib, anam ağrıdan inildədiyimi görüb deyib ki, mənə yox, oğluma vurun, istəyirəm oğlum sağ qalsın. Həkimlər mənə iynə vuranda yatmışam. Anamın ürəyi xəstə idi, elə bilib ölmüşəm. Ürəyi dözməyib öldü. Onların 40 mərasimindən 1-2 gün sonra mən xəstəxanadan çıxdım. Evdə yataqda yatırdım. Mənə dedilər, Şəfagil müalicə almağa gedib İrana. Əmim oğlu gəldi, gülab iyi hiss etdim. Soruşdum haradan gəlirsən? Dedi, ölü yerindən. Şübhələndim. Evdəkilərdən soruşdum ki, mənə deyin, nə olub? Başa düşdüm və başladım ağlamağa”, - qardaşı Səxavət Hüseynov deyib.

Tarix
2019.04.29 / 15:54
Müəllif
Kult.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla