Yuxarı

Bəzi üzdəniraqlar akademiki gözdən salmağa çalışır - Alim

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli dilçiliyimizin inkişafi naminə

Bu gün Milli Elmlər Akademiyasının tədqiqat institutlarından hər hansı bi­rinə rəhbərlik etmək, sözün həqiqi mənasında, ağır, çətin və mürəkkəb məsələdir. Ona görə ki, zaman da dəyişir, insanlar da, elmə də, təhsilə də baxış yeniləşir.

1988-ci ildən Nəsimi adına Dilçilik İnstitutunda çalışıram. Elmi işçi ol­ma­ğım­la fəxr edirəm. Direktorlardan akademik Ağamusa Axundovla, professor Fəxrəd­din Veysəlli ilə, akademik Tofiq Hacıyevlə bir yerdə işləmişəm. Bu rəhbərlərin hər birinin öz iş üslubu, öz təşkilatçılıq bacarığı, rəhbərlik ustalığı var idi. Amma hər birinin xarakterindən asılı olaraq bəzi qüsurlardan da xali deyildilər. Onlar dil­çi­lik elminə, türkologiyaya lazım olan qaydada xidmət göstərmişlər, elmimizin in­ki­şafına təkan verən işlər görmüşlər.

İndi zaman dəyişib. Bu strateji, dövlət əhəmiyyətli mərkəzə akademik Möh­sün Nağısoylu rəhbərlik edir. Öncə rəhbər işçi özünü kollektivə sevdirməlidir. Hə­­qiqətən də, Möhsün müəllim bir neçə ildir ki, işi ilə, kollektivə humanist, insani münasibəti ilə özü­­nü təsdiq və ifadə edə bilmişdir.

Deyirlər, dünyanın mizanı vicdan susanda pozulur. Demək olar ki, cəmiyyət stress içində yaşayır. Qəlblərə iblis nüfuz edir. Məhz buna görə də yaranan şərait­dən müəyyən məqsədlər üçün istifadə edənlər də aramızda az deyil.

İnsan, görəsən, nə üçün öz içindən gələn səsə qulaq asmır. Bu günün insanı ni­yə humanist duyğularla yaşaya bilmir?

İnsanı təkcə öz ürəyi, vicdanı, içində olan hiss və düşüncələri bu müasir bəlalardan xilas edə bilər.

Möhsün müəllimi tərif eləməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Kol­lektivə humanist münasibət ən parlaq bir xətt kimi onun əqidəsini səciyyələndirən cəhətlərdəndir.

M.Nağısoylunu bir direktor kimi dilçiliyimizin, dilimizin ən ümdə problem­ləri düşündürür. O, kollektivin hər bir üzvünün uğurlarına da, mənəvi sarsıntılarına da böyük həssaslıqla yanaşır. Direktor son dərəcə xeyirxah bir işlə məşğul olur. Möhsün müəllim fəaliyyətə baş­la­yan gündən institutda tam sakitlik yaranıb. Kollektivdə münbit şərait meydana gə­lib. Möhsün müəllim deyir ki, biz dillə, dilçilik elmi ilə məşğul oluruq, dil bizim hə­yatı dərk etmə silahımızdır. Biz dillə nəfəs alırıq.

Xarakter etibarilə M.Nağısoylu humanist insandır. Bəzi rəhbər işçilərdən fərq­li xüsusiyyətlərə malikdir. Yəni az təsadüf olunmur ki, rəhbərlərin bir çoxu işçi­ləri saymır, bir çox halda onlara həqarətlə baxır. Yeri gəlmişkən, öl­kə Prezidenti cənab İlham Əliyev də müvafiq məqamlarda harınlamış məmurlara bu barədə xəbərdar­lıq etmişdi.

M.Nağısoylunun dilçilik elmimizin bugünkü inkişafı ilə bağlı ideyalarını, tək­liflərini izləyirəm. Mətbuatda, televiziyada, digər tədbirlərdə etdiyi çıxışlar, verdi­yi təkliflər onu bir yenilikçi alim kimi səciyyələndirir. O, bir rəhbər işçi kimi dil­çi­lik elminin yeni sahələrini öyrənməyin tərəfdarıdır. Dilçilik problemlərinin nəzə­ri-praktik həllində etdiyi çox diqqətəllayiq təşəbbüsləri vardır və bunlar yalnız min­nət­dar­lıqla qarşılanır.

Məhz M.Nağısoylunun düşüncələri, ideyaları işığında institutda bir sıra elmi-nə­zəri yeniliklər gerçəkləşə bilmişdir. Danılası fakt deyildir ki, bu işığı köl­gələ­mək, gözdən salmaq bəzi üzdəniraq kəslərin əsas məşğuliyyətinə çevrilmişdir.

Möhsün müəllimi on ildən çoxdur ki, tanıyıram. Etibarlılıq əmsalı çox yüksək olan insandır. İdeyalarının reallaşması, həyata keçməsi na­mi­nə hər zaman mübarizlik nümayiş etdirir. Potensialı çox böyükdür.

Şöbələrdə aparılan tədqiqatlar əsaslı elmi nəticələrin əldə edilməsinə şərait ya­ratmışdir: Yeni orfoqrafiya qaydaları və lüğəti, Naxçıvan dialektoloji atlası və di­alektoloji lüğəti, Azərbaycan dilinin tarixi (3 cild), Azərbaycan dilinin tarixi lüğə­ti (2 cild), Azərbaycan dilinin izahlı lüğəti (4 cild), Türk dillərinin müqayisəli-ta­ri­xi leksikologiyası (3 cild) və s.

M.Nağısoylu Dialektologiya şöbəsinin əməkdaşları ilə birgə Qarabağın bir sıra bölgələrində olmuş, Qarabağ atlasının, dialektoloji lüğə­tinin hazırlanmasında yaxından iştirak etmişdir.

Məhz M.Nağısoylunun təşəbbüsü ilə Müasir Azərbaycan dili şöbəsində 4 cild­lik akademik fonetika, fonologiya, leksikologiya, morfologiya və sintaksis böl­mə­ləri üzrə əsaslı tədqiqatlar aparılır.

M.Nağısoylunun təşəbbüsü ilə fonetika və fonologiyaya dair görülən işlər ar­tıq ənənəvi xarakterli fonetik-fonoloji araşdırma sərhədlərindən çıxaraq yeni üsul­larla öyrənilmişdir. Azərbaycan dilinin yeni fonetika və fonologiya əsəri çapa təq­dim edilmişdir (700 səhifəlik).

Direktorun ciddi nəzarəti altında yeni akademik leksikologiya bölməsi, hər şeydən öncə, leksik vahidlərin müxtəlif mövzular üzrə üst və alt semantik qrupları və uy­ğun leksik-semantik kateqoriyaları əsasında araşdırılmaqdadır. Alınma sözlərin uni­fikasiyası və kodifikasiyası işləri aparılmışdır. Leksikologiyaya dair fun­da­men­tal dilçilik işləri həm sinxron, həm də diaxron olaraq davam etdirilməkdədir. Lek­sik və frazeoloji vahidlərin linqvokulturoloji aspektlərinə ilk dəfə Dilçilik İnsti­tu­tun­da diqqət yetirilmişdir. Azərbaycan dilinin leksik tərkibi onun ədəbi-funksional müs­təvidə işlənilməsi problemləri ilə əlaqədar xeyli işlər görülmüşdür.

Nəticədə Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşunun sosi­al-mədəni xarakterinin daha geniş bir diskursiv aurada öyrənilməsinə yol açılmış­dır.

İnstitut elm və təhsilin inteqrasiyası fonunda sürətlə gəncləşir. İnstitutda magistratura şö­bəsi fəaliyyət göstərir. Burada hər cür şərait yaradılır ki, magistraturanı bitirənlər doktoranturada saxlanılsın.

Rusiya Elmlər Akademiyası Linqvistik Araşdırmalar İnstitutu ilə, Qazaxıstan EA Dilçilik Mərkəzi ilə, Türk Dil Qurumu və Ankaradakı Hacəttəpə Universiteti ilə əməkdaşlıq yüksək səviyyədədir. Birgə müzakirələr, konfrans­lar keçirilir, səmərəli təkliflər verilir.

Beləliklə, M.Nağısoylunun rəhbərliyi altında dilçilik elmi sahəsində vəziyyət əsaslı surətdə yaxşılaşdırılmışdır.

O, dövlətin dil haqqında çıxardığı qərarları, sərəncamları yüksək qiymətlən­dirir. Möhsün müəllim Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tə­ləb­­lərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haq­qında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əldə rəhbər tutaraq ins­titutda əsaslı işlərin görülməsi üçün var qüvvəsini sərf edir.

Görülən işlərlə tanışlıq göstərir ki, institutun şöbələri yalnız Azərbaycan di­li ilə bağlı deyil, həmçinin onun başqa türk dilləri ilə, müxtəlif sistemli dillərə mü­nasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atır, müasir dillərin nəzəri ba­xımdan tədqiqinə, eyni zamanda, qədim dünya dilləri və mədəniyyətlərinin araş­dı­rılmasına yönələn yeni layihələr (şöbə müdiri prof. İlhami Cəfərsoylu) işləyib hazırlayır­lar.

İnstitutda Azərbaycan dilini öyrənən əcnəbilər üçün tədris vəsaitlə­ri hazırlanır (şöbə müdiri prof. Mayıl Əsgərov).

Məşhur “Türkologiya” jurnalı yenə də Bakıda çap olunur. Jurnalın institutla, ictimaiyyətlə, xarici ölkələrlə birbaşa əlaqəsi akademik Kamal Abdullanın sayəsin­də mümkün olmuş, beynəlxalq elm aləmində Bakı türkologiyanın mərkəzi kimi ta­nınmışdır. Jurnalda çap edilən məqalələr səviyyəcə yüksəlmiş, dünya dilçiliyinin, tür­kologiya elminin son uğurları ilə ayaqlaşmaqdadır.

Azərbaycan dilinin tarixi şöbəsində dilimizin tarixini əks etdirən yeni əsərlər yazılır. Prof Qəzənfər Kazımovun, prof. Sevil Mehdiyevanın araşdırmaları diqqəti xüsusilə cəlb edir. Bu günlərdə Q.Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi” kitabı (606 səh.) nəşr olunmuşdur. Hazırda şöbədə qədim türk sözləri lüğətinin hazırlanması üzərində iş gedir.

İnstitut kollektivi çalışır ki, dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mü­hüm amili olduğunu hər kəs dərk etsin və tədqiqatlar məhz bu istiqamətlərə yönəl­sin. Ona görə də institutda mütəmadi olaraq ədəbi dil normalarının pozulması ilə bağlı təd­birlər keçirilir, müzakirələr aparılır, jurnalistlərlə faydalı gö­rüş­lər keçirilir, əməli təkliflər verilir. Bakı şəhərində, küçə reklamlarında, ayrı-ayrı böl­gələrdə dil normalarının vəziyyətinə nəzarət “Monitorinq” şöbəsinin (şöbə müdiri filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva) gördüyü iş­lərin son dərəcə əhəmiyyətini göstərir.

Yeni yaradılmış şöbələrdən biri “Kompüter dilçiliyi” şöbəsidir (Şöbə müdiri prof. Kamilə Vəliyeva). Prof. Məsud Mahmudovun “Korpus dilçiliyi” (Bakı, 2018), Kamilə Və­li­yevanın “Kompüter dilçiliyinə giriş” (Bakı, 2018) kitabları yeni şöbənin təqdir­olu­na­sı əsərlərindəndir.

Tətbiqi dilçilik şöbəsinin (şöbə müdiri, prof. İsmayıl Məmmədli) əməkdaşlarının təd­qiqatları ürəkaçandır: “Yeni sözlər və yeni mənalar lüğəti”, “Türk mənşəli sözlər lü­ğəti”, “Alman mənşəli sözlər lüğəti” faydalı mənbələrdir. Dos. Xədicə Heydərova­nın “Azərbaycan filoloji lüğətlərində ümumişlək olmayan sözlərin verilməsi” (Ba­kı, 2019) kitabı lüğətçiliyin ümumi nəzəri problemlərinə həsr edilmişdir.

Akademik M.Nağısoylu və prof. Məsud Mahmudov son illər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsinin qalibi olmuşdur (kollektivlə birgə). Alınan vəsait əməkdaşların əsərlərinin çapına və ezamiyyələrə xərc­lənmişdir.

Dilin ümumi mənzərəsini, sözün müxtəlifliyini, məna imkanlarını lüğətdən öy­rənmək olar. İnstitutun Terminologiya şöbəsi (şöbə müdiri prof. Sayalı Sadıqova) “İzah­lı dilçilik terminləri lüğəti”ni (Bakı, “Elm”, 2018, 912 səh.) çapa hazırlayaraq nəşr etdirmişdir. Belə bir lazımlı, əhəmiyyətli əsəri plagiatlıqda ittiham etmək düzgün deyil. Rus dilində 5-ə yaxın izahlı dilçilik terminləri lüğəti nəşr edilmişdir, bu lü­ğətlərə münasibət əsla belə olmamışdır. Belə lüğətlərdə dilçilik elminə dair ter­min­ləri, terminoloji vahidləri seçmək, toplamaq və mənalarını göstərmək elə də asan məsələ deyil. Lüğəti gözdən salmaq, onu tərtib edənləri təhqir etmək yaramaz bir işdir. Bununla instituta, burada görülən işlərə, lüğətin redaktorlarına, rəyçilərinə mən­fi münasibət formalaşdırmaq qətiyyən yolverilməzdir. Yəni bilmək lazımdır ki, tərtibçilər müxtəlif mənbələrdən min bir əzabla dilçiliyə dair terminləri toplamış, sistemləşdirmiş və elmi ictimaiyyətə, dilçiliksevərlərə ərməğan vermişlər. Cə­mi 100 nüsxə, bəli, bunu irad tutmaq olar.

Onu da diqqətə çatdırım ki, təkcə keçən il İnstitutda 10 kitab, 17 monoqrafiya işıq üzü görmüşdür.

AMEA Nəsimi adına Dilçilik İnstitutunda son illərdə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında bu kiçik qeydlərim açıq-aşkar göstərir ki, ölkəmizdə dilçilik üzrə sanballı elmi araşdırmaların mərkəzi kimi tanınan bu elmi qurumda işlər yüksələn xətlə davam edir. Düşünürəm ki, görülən işlərdə İnstitut rəhbərliyi ilə yanaşı, hər bir əməkdaşın da müəyyən qədər payı vardır.

İsmayıl Kazımov, filologiya elmləri doktoru, professor

Tarix
2019.05.14 / 16:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla