Yuxarı

Xocalıda erməniləri şoka salan anons: Batalyon, cəbhəyə!

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.

Kult.az xatırladır ki, Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. 1971-ci ildə Minskə hərbi xidmətə gedib və 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib.

1974-1984-cü illərdə Belorus DİN-in və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışıb. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum ediblər. 1987-ci ildə cəzası 6 ilə endirilib və 1989-cu ilin fevralında azadlığa çıxıb.

Əlif Hacıyev 1990-cı ildə Xocalıya qayıdıb və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək, erməni millətçilərinə qarşı mübarizəsini davam etdirib.

Daha sonra Xocalı hava limanının komendantı olub. Gördüyü işlərinə görə 1991-ci ilin dekabrında ona mayor rütbəsi verilib.

Qarabağ müharibəsində Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeroportu ələ keçirməyə çalışırdılar. Bunun üçün Xankəndidən içində 100-ə yaxın erməni silahlısının olduğu iki avtobus gəlir. Quldurlar aeroportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş olur. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev maraqlı bir fənd işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr verir ki, filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə keçsin. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir alay var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.

Xocalının müdafiəsi üçün Əlif Hacıyev bütün qüvvəsini səfərbər edib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə o digər qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılıb. Qüvvələrin qeyri-bərabər olmasından qorxmayan Əlif Hacıyev geri çəkilməyib. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Əlif Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdıb.

Son gülləsinə qədər döyüşən Əlif Hacıyev doğulub boya-başa çatdığı Xocalıda 1992-ci il fevralın 26-da qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Tarix
2019.06.24 / 14:36
Müəllif
Aqşin
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla