Yuxarı

Müşfiqin 140 minlik evini kim əlindən aldı? – Sensasion təfərrüat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:09

2013-cü ildə Yasamalda Gülrux Həsənova adlı şəxsdən evi 140 min manata almışam, mənzilə köçüb yaşamağa başlamışam.

Bu sözləri Kult.az-a açıqlamasında “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov evinin məhkəmənin qərarı ilə əlindən alınması ilə bağlı danışarkən deyib. O bildirib ki, 2016-cı ildə ilk dəfə Yasamal rayon məhkəməsinə çağırılıb:

“Məhkəmədə məlum oldu ki, bu, mübahisələndirilmiş mənzildir. Belə ki, bu evlə bağlı 2009-cu ildən Gülrux Həsənova ilə doğma xalası Mehriban Həsənova arasında qalmaqal başlayıb. Mehriban Həsənova bildirib ki, onun rəhmətə gedən həyat yoldaşı sözügedən evi Gülrux Həsənovanın adına alıb. Buna görə də M.Həsənova bu mənzilə varis kimi iddia edib, məhkəməyə müraciət edib ki, G.Həsənovanın kupçası ləğv edilsin. Həmin iddia qaldırılanda - 2009-cu ildə evin üzərinə həbs də qoyulub. Ancaq 2013-cü ildə keçirilən prosesdə G.Həsənova məhkəmədə qalib gəlib və evin üzərindən həbs götürülüb. Daha sonra isə G.Həsənova evi mənə satıb. Mənim əlimdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və kupça var. Hamısı mənim adımadır. 5 saylı notariat kontorunda alğı-satqı etmişik. Dövlət idarəsi mənə alğı-satqı ilə bağlı sənəd verib və mən evi alanda da heç bir mübahisə-filan olmayıb”.

M.Abbasovun sözlərinə görə, 2016-cı ildə məhkəmənin çıxardığı qərara əsasən heç bir şəxsin sözügedən evə qarşı iddia qaldırmaq hüququ yoxdur:

“Mən 2016-cı ildə evin alğı-satqısı, çıxarışı və kupçamı məhkəməyə təqdim etdim. Yasamal Məhkəməsindən mənə bildirdilər ki, bu mənzilə artıq heç kim iddia edə bilməz, çünki alğı-satqı baş verib. Əgər Gülrux Həsənova dələduzluq edibsə, bu, artıq onun problemidir.

Nə qədər qəribə olsa da, 2019-cu ildə Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova cəmi 15 dəqiqə çəkən prosesdə belə bir qərar çıxarıb ki, mənzil məndən alınaraq M.Həsənovaya verilməlidir. Yəni Gülrux Həsənova məhkəmədə uduzduğu üçün mən evimi onun xalası Mehriban Həsənovaya qaytarmalıyam. G.Həsənovaya ev üçün ödədiyim 140 min manata görə isə ayrı iddia qaldırmalıyam. Pul verib ev almağıma, əlimdə dövlətin hüquqi sənədləri olmasına baxmayaraq, mənə deyirlər ki, evi aldığın adamın xalasına ver, sonra da məhkəməyə müraciət edib, ödədiyin pulun geri qaytarılması üçün dava aç. Bu nə məntiqdir?”

M.Abbasov Apellyasiya Məhkəməsinin çıxardığı qərarın absurd olduğunu bildirib:

“G.Həsənovanın adına heç bir mülkiyyət yoxdur, mən ondan 140 min manatımı necə ala bilərəm? Birmənalı olaraq Apellyasiya Məhkəməsi mənim hüquqlarımı çox ciddi şəkildə pozub. Apellyasiya Məhkəməsinin bu qərarı verərkən yol verdiyi növbəti biabırçılıq ondan ibarətdir ki, əgər G.Həsənova doğrudan da dələduzluq edibsə, bəs niyə həbs olunmur?

Hazırda Ali Məhkəməyə təqdim etmək üçün sənəd hazırlayırıq. Mən evi alanda bütün sənədlərim qaydasında idi və evin üzərində həbs yox idi. G.Həsənova və M.Həsənovanın arasındakı problemlərin mənə aidiyyəti yoxdur. M.Həsənova evə iddia edirsə, evin dəyəri olan 140 min manatı ən yaxşı halda G.Həsənovadan tələb edə bilər. Mən bu hadisənin sonuna qədər gedəcəyəm. Çünki mənim mülkiyyət toxunulmazlığım əlimdən alınıb, halal pulla aldığım evi məhkəmə heç bir səbəb olmadan əlimdən alıb, məni çölə atmaq istəyir”.

Tanınmış prodüser məhkəmənin qərarının dövlətin yeritdiyi siyasətə zidd olduğunu da söyləyib:

“Prezidentimiz İlham Əliyev hər zaman Azərbaycanın sosial dövlət olduğunu bildirir, evsizlərə ev bağışlayır, xüsusilə dövlətimiz sənət adamlarına qayğı göstərir, incəsənəti stimullaşdırır. Çünki onsuz da bu sahədə böyük gəlir yoxdur. Məhkəmə orqanları isə qanunsuz olaraq dişimiz-dırnağımızla, bir ömür əlləşib-vuruşub qazandığımız pulla aldığımız evi heç bir təqsirimiz olmadığı halda əlimizdən alır.

Ali Məhkəməyə, lazım gələrsə, daha sonra Avropa Məhkəməsinə müraciət edəcəyəm. Ancaq əlbəttə ki, əsas köməyi cənab Prezidentimizdən gözləyirəm. Əminəm ki, Prezidentimiz bu ədalətsizliyin qarşısını alacaq”.

Tarix
2019.07.12 / 21:42
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla