Yuxarı

“Manpası” İctimai radioya gəldi – MTRŞ-dan xəbərdarlıq

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər İTV və İctimai radionun müsbət istiqamətdə xeyli dəyişdiyi göz önündədir.

Kult.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov qeyd edib. Onun sözlərinə görə, buna baxmayaraq, bu günlərdə İTV-nin xəbər buraxılışında İctimai radionun bu vaxtadək özəl radioların efirində yayımlanmış ən populyar və reytinqli iki layihəni öz efirinə cəlb etməsi ilə bağlı xəbər müəyyən qədər düşünməyə əsas verir:

“Düzdür, burada qanunsuz bir şey yoxdur. Bununla belə, İctimai radionun reytinqli layihələri öz efirinə gətirməsi bu cür anlaşıla bilər ki, kanal artıq bundan sonra reytinq uğrunda mübarizəyə qoşulacağını açıq şəkildə elan edir. Bu isə o deməkdir ki, İctimai radio həm də özəl yayımçılarla rəqabət aparacaq. Bu gün özəl yayımçılar reytinq üçün nə edir, bunu geniş şəkildə xırdalamağa gərək yoxdur. Konkret olaraq, “Manpası” və yaxud “Avtostop”un reytinq üçün istifadə etdiyi üsulları xatırlamaq kifayətdir. Deməli, bütün bunları artıq İTV-nin efirində də müşahidə etməli olacağıq. İctimai radionun proqram direktorunun dedikləri də bunu təsdiq edir. O, İTV-nin xəbər buraxılışına açıqlamasında bildirib ki, həmin layihələr İctimai radionun efirində də əvvəlki xarakterini qoruyub saxlayacaq (“Avtostop”da maarifləndirmə elementləri olsa da, “Manpası” daha çox şou-əyləncəli verilişdir)”.

T.Dadaşov onu da qeyd edib ki, bu verilişlərin ötən mövsümlərdə aparılmış monitorinqləri zamanı aparıcıların nitqlərinin sərtliyi, hətta bəzən tamaşaçı ilə ünsiyyətdə efirə uyğun gəlməyən üsluba yer vermələri, dinləyicini ələ salma, sətiraltı qeyri-etik məzmunlu mövzular və ifadələrə yer verilməsi və s. hallar müşahidə edilib:

“Əgər İctimai radionun efirində də bu cür üslubdan istifadə etməyə davam ediləcəksə, bu, ən azından kanalın ictimai nüfuzuna və missiyasına ziyan gətirmiş olacaq. Nəzərə almaq lazımdır ki, İctimai radio özəl radiolardan fərqlənməyə borcludur. Özəl radioların, yeri gələndə, reytinq və reklam bəhanəsi varsa, İctimai radionun belə “əsas”lara haqqı çatmayacaq. Çünki o, dövlət büdcəsindən maliyyələşir... Bütün bunlarla yanaşı, inanmaq olar ki, həmin verilişlərin aparıcıları İctimai radio efirinin məsuliyyətini dərk etmiş olacaqlar və əvvəlki çatışmazlıqlar yeni mövsümdə İctimai radio kimi mötəbər bir media qurumunun efirində yer almayacaq”.

Tarix
2019.08.02 / 15:43
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla