Yuxarı

Ata oğlunun təhsil almasını istəmədi, attestatı gizlətdi - Şok

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ata övladının ali məktəbə qəbul olmasına qarşı çıxaraq, onun attestatını gizlədib.

Axar.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov Feysbuk səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, baş vermiş hadisənin qurbanı 18 yaşlı Orxan Bağılıdır:

"Orxan öz savadı, öz istəyi və öz əzmi ilə ADU-nun Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Orxanı digərlərindən fərqləndirən, bizi isə üzəcək bir məqam var idi. “Ata”sı Orxanın attestatını gizlədərək onun təhsil almasına mane olmaq istəyirdi. Orxanla kiçik dialoqumuz oldu. Deyir ki, "mən ixtisas seçimi edib evdə dedim ki, kodlaşdırmanı etmişəm. Atam isə dedi, sən universitetə qəbul olmayacaqsan. Əgər olsan, bizlə yaşamayacaqsan". Avqustun 8-i nəticələr açıqlananda isə atası yenidən eyni şeyi deyib. Orxan isə cavabında "mənim heç sənə ehtiyacım yoxdur" deyərək evi tərk edir. Orxan attestatı ilə bağlı polisə müraciət edib, atası isə cavabında Orxanı şikayət etməyə cəhd edib ki, evdən sənəd oğurlayıb".

Orxanın özündən böyük qardaşları da təhsil almayıblar. Lakin onlar Orxanın tələbə olmaq istəyinə qarşı deyillər:

"Danışığından belə başa düşdüm ki, qardaşları ona əks mövqedə deyillər. Orxan ödənişli əsaslarla universitetə qəbul olub, ödənişi 1000 manatdır. Deyir: "mənə lazım deyil heç o. Öz maaşım 400 manatdır və hər ay 84 manat yığsam, təhsil haqqımı toplaya bilirəm". Artıq biz Orxanı qeydiyyatdan keçirdik. Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti öz dəstəyi ilə Orxanın yanında oldu. Amma Orxanın əzmi, iradəsi, təhsil almaq eşqi hər şeydən üstündür. Belə gənclərimiz olduqca günəşli günlər görəcəyik. Övladlarının təhsil almağının, savadlı olmağının qarşısını alan “valideynlər” isə sadəcə cəmiyyətimiz üçün üz qarasıdır. Savadsız, kütbeyin, dar düşüncəli və vətəndaş, valideyn adına layiq olmayan insancığazlar!".

Tarix
2019.08.20 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla