Yuxarı

“Türkologiya” jurnalına ABŞ-da böyük diqqət

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türkologiya” jurnalına ABŞ-da böyük diqqət

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı ABŞ-ın nüfuzlu EBSCO beynəlxalq indeksləşdirmə təşkilatının bazasına daxil edilib.

Bununla bağlı Kult.az-a jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov məlumat verib. O bildirib ki, “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir:

“Son illərdə “Türkologiya” jurnalı beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirib. Bu da öz bəhrəsini verib. Belə ki, bu ilin avqust ayında “Türkologiya” jurnalı EBSCO beynəlxalq indeksləşdirmə təşkilatının bazasına daxil edilib. EBSCO ABŞ-da (Masseçusets ştatında) fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad bazasıdır. EBSCO elmi məqalələri və onların çap olunduğu ədəbiyyatı -nüfuzlu jurnalları, sanballı kitabları öz məlumat bazasına daxil edərək dünyanın hər yerində həmin elmi materiallar haqda informasiya əldə edilməsini təmin edir. EBSCO 57 mindən çox elektron jurnalı və 1.2 milyon çox elektron kitabı istifadəçilərinə təqdim etməklə yanaşı, 360 mindən artıq dövri nəşrə abunə xidməti təşkil edir”.

Qeyd edək ki, “Türkologiya” jurnalı 2017-ci ildə MLA (Modern Language Association, New-York/USA), SAJI (Scholar Article Journal Index, Amsterdam/Hollandiya), SIS (Scientific Indexing Services, Texas/USA), TEI (Turkish Educational İndex, Ankara/Türkiyə), SOBİAD (Sosyal Bilimler Atıf Dizini, Elazığ/Türkiyə), 2018-ci ildə isə Almaniyada (Berlində) fəaliyyət göstərən COSMOS İMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilmişdi.

Tarix
2019.08.21 / 14:48
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla