Yuxarı

ADU professorunun kitabı haqqında yüksək rəy

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU professorunun kitabı haqqında yüksək rəy

Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədovun “Mətn və diskurs tədqiqatları” (Studies in Text and Discourse) adlı kitabı haqqında İngiltərədə nəşr olunan “Discourse Studies” və Hollandiyada nəşr olunan “Journal of Language and Politics” jurnallarında rəylər dərc olunub.

Kul.az xəbər verir ki, “Discourse Studies” jurnalındakı rəyin müəllifi Yeni Zelandiyadakı Viktoriya Universitetinin əməkdaşı Lauren Whitty,“Journal of Language and Politics” jurnalındakı rəyin müəllifi isə Çinin Jilin Universitetinin əməkdaşı Yunhua Xiangdır.

Rəylərdə professor Azad Məmmədovun kitabının əsas məqsədinin dilçilik və ingilis dili müəllimliyi proqramları üzrə təhsil alan tələbələri mətn və diskurs tədqiqatları ilə tanış etməkdən ibarət olduğu bildirilir. Qeyd olunur ki, nəzəriyyələrə əsaslanaraq Azad Məmmədov oxucuları əvəllər aparılmış tədqiqatlar və bu tədqiqatların hazırda diskursun başa düşülməsinə töhfəsi ilə tanış edir. Kitabın dörd hissədən ibarət olduğu və hər bir hissədə yarım hissələrin sistemli şəkildə yer aldığı qeyd edilir. Hər iki rəydə kitabın məziyyətləri haqqında təfsilatı ilə məlumat verilir.

Qeyd edək ki, Böyük Britaniyanın “Cambridge Scholars Publishing” nəşriyyatında 2018-ci ildə çap olunan kitab ön söz və 4 fəsildən ibarətdir. Fəsillərdə Mətn və diskurs linqvistik tədqiqatlar kontekstində (Text and Discourse in the Context of Linguistic Studies), Mətn dilçiliyindən diskurs təhlilinə doğru (From Text Linguistics to Discourse Analysis), Diskurs və cəmiyyət (Discourse and Society), Diskurs və representasiyalar (Discourse and Representations) mövzularından bəhs olunub. Hər fəsildə mövzunun izahından sonra şəkil və yazı materialları, icmal və mövzunun mənimsənilməsi üçün suallar verilib. Kitabın sonunda ad və məzmun göstəriciləri, eləcə də testlər yer alıb.

Tarix
2019.09.04 / 14:40
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla