Yuxarı

Prezident kiçik yaradıcılığıma yüksək qiymət verdi – Rektor

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident kiçik yaradıcılığıma yüksək qiymət verdi – Rektor

Fəxr edirəm ki, cənab Prezidentin diqqəti mənə də yönəldi və kiçik yaradıcılığım yüksək qiymətə layiq görüldü.

Kult.az xəbər verir ki, bu sözləri “Prezident. Müstəqillik. Təhlükəsizlik. Rifah” videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı, dramaturq Kamal Abdulla dövlətin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət barədə danışarkən deyib. O, dövlətin belə münasibətindən xüsusi məmnunluqla danışıb:

“Azərbaycan Prezidenti İlham Əliyevin bu addımları çox təqdirəlayiqdir. Mənimlə bərabər bu adı alan mədəniyyət və ədəbiyyat xadimlərinin hamısı Prezident İlham Əliyevə və Azərbaycanın bu gününə böyük məhəbbət bəsləyir. Güman edirəm ki, mədəniyyət müstəvisində aparılan bu siyasət cənab Prezidentin geniş siyasətinin bir hissəsi kimi Azərbaycanı yüksəlişə doğru aparır”.

Yazıçı ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlarla bağlı ziyalı mövqeyini də bildirib:

“Mən dəfələrlə şahidi oluram ki, xaricdən gələn qonaqlar Bakını görəndə valeh olurlar. Söhbət təkcə Bakıdan getmir - bu dəyişmə yeni küçələrin, bağların, meydanların, tikilən evlərin dəyişməsi deyil - bu dəyişmə Azərbaycan xalqını daxilən dəyişib, onu daha çevik və mobil edib. Ona görə də düşünürəm ki, Prezident İlham Əliyevin Azərbaycanın rifahı, dünya çərçivəsində yerinin möhkəmlənməsi istiqamətində atdığı addımlar son dərəcədə vacib və millətimizin gələcəyi üçün son dərəcədə faydalı işlərdir”.

Tarix
2019.09.09 / 11:43
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla