Yuxarı

Paşayeva bu dəfə Margilanda görüşlər keçirdi – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Fərqanə vilayətinin Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir və millət vəkili Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Fərqanə vilayəti, Margilan şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Tədbirdə giriş sözü ilə Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxan Suddikova açaraq iki xalq arasında ədəbi-mədəni əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini, bu istiqamətdə görülən işlərdən söhbət açıb. Natiq Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin Özbəkistana hər bir səfərinin maraqlı olduğunu və əməkdaşlıq üçün yeni imkanlar aşdığını söyləyib.

Q.Paşayeva çıxışında Azərbaycan-Özbəkistan münasibətləri və Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib. Özbəkistanda özünü Azərbaycandakı kimi hiss etdiyini, özbək xalqını çox sevdiyini bildirən Q.Paşayeva Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışıb, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Millət vəkili qeyd edib ki, Margilan şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir. O, Özbəkistanda özbək dilində kitabının nəşr olunmasından məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib.

Millət vəkili ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri unutmamağa çağırıb.

Tədbirdə çıxış edən Fərqanə vilayət hakiminin müavini Feyzulla Qasımov ölkələrimizin regionları arasında əlaqələrin yaradılması və inkişafından danışıb və bu əməkdaşlığın daha geniş inkişafı üçün bütün istiqamətlərdə böyük imkanlar olduğunu deyib.

Sonra Qənirə Paşayevaya Özbəkistan tarixinə aid materiallar, təşəkkürnamə təqdim edilib. Millət vəkili Qənirə Paşayeva da Fərqanə vilayət hakiminin müavini Feyzulla Qasımov və Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxan Suddikovaya Azərbaycan mədəniyyətini və tarixini özündə əks etdirən hədiyyələr təqdim edib.

Tədbirin bədii hissəsində Margilan gəncləri Qənirə Paşayevanın şeirlərindən ibarət ədəbi kompozisiyalar təqdim ediblər.

Tədbirdən sonra millət vəkili Q.Paşayeva Fərqanə, Margilan rəhbərliyi ilə görüşüb, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi təklifi ilə çıxış edib. Onun təklifi bölgə rəsmiləri tərəfindən müsbət qarşılanıb, dəstəklənib və bu istiqamətdə dafa fəal çalışmaların aparılacağı vurğulanıb.

Millət vəkili eyni zamanda Fərqanə vilayətinin, Margilan şəhərinin fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb.

Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti Margilan şəhərindəki Yaradıcılar parkında olub, xalq şairi, ictimai xadim, Özbəkistan qəhrəmanı Erkin Vahidovun buradakı abidəsi önünə gül qoyub. Azərbaycandan gələn qonaqlar parkdakı Erkin Vahidov muzeyi, sonra Erkin Vahidov adına Yaradıcılıq Məktəbi ilə tanış olublar. Məlumat verilib ki, məktəbdə yaradıcılıq qabiliyyəti olan uşaqlar 5-ci sinifdən 11-ci sinfədək təhsil alır və məktəbdə müasir inovasiyalar, maraqlı tədris üsulları tədbiq edilir.

Tarix
2019.10.06 / 14:17
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla