Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2020


Müsabiqə elan edildi: 1500 manat qazan!

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir.

Kult.az xəbər verir ki, yaradılacaq yeni loqotip dizaynı özündə Dövlət Xidmətinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir. Loqotipdə ölkəmizin zəngin maddi irs nümunələrinə, onların elementlərinə xüsusi yer verilməli, sadə, rahat anlaşılan, orijinal, rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir. Qalib gəlmiş loqotip istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Təqdim olunan loqotiplərin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə), vektor versiyası (*eps, *ai, *cdr) olmalıdır.

Müsabiqəyə istənilən şəxs və ya şirkət qatıla bilər. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 mb-dan artıq olmamalıdır.

Layihəni təqdim edən şəxs adı, soyadı, əlaqə nömrəsi, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.

Həmin şəxs təklif olunacaq eskiz və layihələri 10 yanvar 2020-ci il tarixinədək info@heritage.gov.az e-mail ünvanına göndərə və ya Üzeyir Hacıbəyli 84, Hökumət evi, 2-ci mərtəbə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edə bilər. Təqdim olunan təkliflərə komissiya tərəfindən baxılaraq müsabiqənin qalibi elan olunacaq. Müsabiqənin qalibinə 1500 (bir min beş yüz) manat məbləğində mükafat təqdim ediləcək.

Tarix
2019.12.11 / 18:08
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Parisdə Azərbaycan xalçaları nümayiş olunacaq

3 min illik mumiyanın səsi eşidildi – Şok video

Bələdiyyə sədri möhür və ştampı yas mərasimində itirdi

Komitə qadının döyülməsi faktını nəzarətə götürdü

Saxtakar namizədlər: ilk fürsətdə nələr edirlər!..

Min ildə bir təkrarlanan tarix: Nələr dəyişəcək?

Bakıda universitetdə yanğın olub? - FHN-dən açıqlama

Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var

Oğlu ilə eyni gündə ölən sənətkarımız - 7 fakt

Rusiya Polşadan yağmalanan rəsmləri qaytarmadı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla