Yuxarı

Tramp keçmiş müşavirini "dəli" adlandırdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp keçmiş müşavirini "dəli" adlandırdı - Foto

ABŞ Prezidenti Donald Tramp məxfi məlumatlarla düzgün işləməməkdə təqsirini etiraf edən milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton barədə məhkəmənin sərt hökm çıxaracağını gözləyir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında paylaşım edib.

"ABŞ-ın son dərəcə axmaq, qeyri-sabit və səriştəsiz keçmiş nümayəndəsi Con Bolton özünü təqsirli bildi! O, dəhşətli insandır, yalnız nifaq və müharibələr salmaq istəyən və hara getsə, orada ölüm və dağıntını məsuliyyətsiz şəkildə yayan dəlidir. Ümid edirəm ki, onunla sərt davranacaqlar! Prezident Donald Tramp", - deyə ABŞ prezidenti paylaşımda yazıb.

Xatırladaq ki, Con Bolton iyunun 26-da Vaşinqton məhkəməsində dövlət sirrini ehtiva edən məxfi məlumatlarla düzgün davranmamaqda təqsirini etiraf edib. Daha əvvəl o, istintaqla razılaşma əldə etmiş və bu çərçivədə ona qarşı irəli sürülən ittihamların bir epizodu ilə, eləcə də iki milyon dollardan çox cərimə ödəməsi ilə razılaşmışdı. Boltonun hökmü oktyabrın 28-də elan ediləcək. Prezidentin keçmiş müşavirinə beş ilə qədər həbs cəzası verilə bilər.

Tarix
2026.06.27 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla