Yuxarı

Güclü külək bu rayonlarda fəsadlar törətdi - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü külək bu rayonlarda fəsadlar törətdi - Yeniləndi

2020.02.05. 22:22

Bu gün axşam saatlarından əsməyə başlayan güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib.

Axar.az Report-a isinadla xəbər verir ki, külək rayon mərkəzində ağacları aşırıb, evlərin dam örtüklərini və avtobus dayanacaqlarını uçurub.

Bəzi ərazilərdə elektrik dirəklərinin aşmas nəticəsində Oğuz şəhərinin bir hissəsi işıqsız qalıb. Hazırda elektrik enerjisinin bərpası istiqamətində aidiyyəti qrumlar tərəfindən işlər aparılır.

***

Fevralın 25-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrində bir sıra fəsadlar törədib.

Külək nəticəsində rayon ərazisində 30-dan artıq 0,4 və 10 kv-lıq elektrik dirəyi, Ağcabədi şəhərində ondan çox işıqlandırma dirəyi, 10-dan artıq iri ağac aşıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb. Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin idman zalının və peşə məktəbinin dam örtükləri tamamilə, Poladlı kənd tam orta, Avşar kənd 3 nömrəli ümumi orta məktəblərinin, Hacıbədəlli, Qaraxanlı kənd körpələr evi-uşaq bağçalarının dam örtüklərinin bir hissəsi, həmçinin vətəndaşlara məxsus 3 yaşayış evinin, 7 yardımçı binanın dam örtüyü, Qaravəlli kəndində 50 metr hasar uçub.

Şahsevən kəndində kənd sakininə məxsus yardımçı tikili və ot tayası, Sarıcalı kəndində ot tayası, Köyük kəndinə ot tayası, Cəfərbəyli kəndində yardımçı tikili, Təzəkənd və Pərioğullar kəndlərində kanal ətrafında qamışlıq yanıb. Xocavənd, Şahsevən və Təzəkənd kəndlərində telefon dirəkləri, Qaradolaq və İmamqulubəyli kəndlərində xeyli sayda çinar və həmişəyaşıl ağac aşıb.

***

Bu səhərdən əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.

Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, hazırda qurum əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur:

"Güclü külək "Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən Ağdamda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəzanın baş verdiyi ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib.

Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək".

Tarix
2020.02.26 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla