Yuxarı

“Ermənilər “imamlar şəhəri”nə hücum etdi”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-ə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri endirib. Hadisə nəticəsində 10 nəfər həlak olub, 34 nəfər yaralanıb. Bu terror hücumu Azərbaycanın sənət cameəsini də dərindən sarsıdıb.

Kult.az mövzu ilə bağlı sənət adamlarının fikirlərini təqdim edir:

Xanəndə, xalq artisti Mənsum İbrahimov:

Humanitar atəşkəs elan ediləndən az sonra ermənilərin Azərbaycanın ikinci böyük şəhəri müqəddəs Gəncəni atəşə tutması vandalizmdir. Fikrimcə, bu hadisə Xocalıdan sonra ikinci soyqırımdır və bu soyqırımı bütün dünya görüb, səsini çıxarmalı, qınamalıdır. Təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət bizi sülhə çağırmaqdan başqa heç bir şey etmir. Bu məsələni övladlarımıza saxlaya bilmərik.

Bu gün Ali Baş Komandanımız çox qətiyyətlidir və öz haqlı mövqeyini bütün dünyaya duyurur. Hazırda bütün xalqımız əsgərdir və biz öz missiyamızı yerinə yetirəcəyik. Çox sevinirəm ki, hazırda xalqımız birləşib və bu Vətən müharibəsində qələbəyə doğru gedir. Qarabağsız Vətən ola bilməz.

Müğənni, xalq artisti Şahnaz Haşımova:

Gəncədə yaşadığımız üçün atəş səslərini yaxından eşidirik, buna baxmayaraq, hamı öz evindədir. Ermənilər Gəncənin ayrı-ayrı görkəmləri yerlərini atəşə tutublar. Günahsız insanlar, körpələr yaralandı, həlak oldu. Ermənilər “imamlar şəhəri”nə bunu etdi, Allah onların cəzasını verəcək. Bu hadisə bizə çox ağrı verdi, biz gəncəlilər olaraq bunu unutmayacağıq. Amma qələbə bizimlədir, qorxaq düşmənlərin son çırpınışlarını görürük. Ali Baş Komandan başda olmaqla, əsgərlərimizə inanırıq və onlardan yalnız xoş xəbərləri gözləyirik.

Rejissor Rövşən İsax:

Gəncədə baş verən hadisələr sadəcə dəhşətdir. Gəncəyə olmasın, Mingəçevirə, Tərtərə zərbə dəysə belə, hamısı Vətənimizin torpaqlarıdır. Biz dünyanın ən şərəfsiz milləti ilə müharibədəyik. Dünyada ləyaqətsiz, mənliksiz iki millət varsa, ikisi də ermənidir.

Aktyor Elməddin Cəfərov: Heyf ki, bizim bu cür şərəfsiz düşmənimiz var. Körpə uşaqlara, dinc əhaliyə qarşı edilən bu hərəkəti mədəni sözlərlə izah etmək mümkün deyil. Allah terrorçu ermənilərin və onu dəstəkləyənlərin bəlasını versin. Çünki zalımın yanında olmaq da zalımlıqdır.

Tarix
2020.10.14 / 08:30
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla