Yuxarı

Qaxda ağır qəza: bir neçə nəfər yaralandı, kənd qazsız qaldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Marsan kəndində qeydə alınıb.

Qax rayonunun Fıstıqlı kənd sakini, İbrahim Rəhimov idarə etdiyi VAZ-2106 markalı 34-BH-052 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənd sakininə məxsus həyətyanı sahənin dəmir hasarına və qaz xəttinə çırpılıb. Qəza zamanı İ.Rəhimov və sərnişin Ceyhun Nurullayev müxtəlif dərəcəli xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı qaz borusunun zədələnməsi səbəbindən Marsan kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2021.12.01 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla