Yuxarı

Bakıda “Leksus” sahibi motosiklet sürücüsünü döydü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 10 VX 707 dövlət qeydiyyat nişanlı "Leksus" markalı maşının sürücüsü motosiklet sürücüsünü vuraraq təhqir edib.

Axar.az-ın Musavat.com-a istinadən məlumatına görə, videodan aydın olur ki, yoluna çıxdığına görə motosiklet sürücüsü "Leksus" sürücüsünə etiraz edir, bu zaman bahalı maşının sahibi motosikletin qarşısını kəsir. Motosiklet sürücüsünü keçərkən maşınla vuran sürücü sonra avtomobilindən düşərək, motosiklet sürücüsünü təhqir edir və vurur.

Sosial şəbəkədə vətəndaşı döyüb təhqir edən şəxsin kimliyi də açıqlanıb. Qeyd olunub ki, o, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur.

O, ARPİA MTK-nın sahibidir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı araşdırma başlanıldığını bildirib.

Tarix
2022.04.25 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev pravoslav icmasını təbrik etdi

Qarabağ xanlığının şərq qapısından – Fotolar

AZAL-ın təyyarəsinin yeni görüntüləri: daha bir yalan... - Foto

Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı

Rusiyada 2025-də nələr olacaq? – Real ssenari

“Made in China 2025” işə düşdü - Qərb narahatdır

AZAL təyyarəsini vuran "Pantsir" ekipajı dindirildi

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?

Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla