Yuxarı

İcra başçısı yanğından danışdı: Onlar cəzasını alacaqlar!

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı yanğından danışdı: Onlar cəzasını alacaqlar!

Qubanın Vəlvələ kəndindəki yanğın hadisəsi hüquq-mühafizə orqanlarında araşdırılacaq, günahkarlar öz cəzalarını alacaqlar.

Axar.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib.

Onun sözlərinə görə, hadisə ilkin ehtimallara görə, insan ehtiyatsızlığı nəticəsində baş verib.

Yanğının söndürülməsində FHN və ETSN-nin əməkdaşları ilə yanaşı, yerli sakinlər yaxından iştirak ediblər.

"Yanğınla bağlı soyutma işləri aparılır. Heç bir insan tələfatı olmayıb. Hava şəraiti imkan versə, 2 gün ərzində yanğını tam söndürmək mümkün olacaq. Quba rayonunda fərdi təsərrüfatlara heç bir zərər dəyməyib", - Z.Əliyev deyib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz, Bakı, Salyan, Şamaxı və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, 2 helikopter, 1 amfibiya tipli təyyarəsi və canlı qüvvəsi cəlb edilib.

Tarix
2022.08.19 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla