Yuxarı

Ucarda arvadını qətlə yetirdi: cinayət işi açıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:34

İyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Nəsirəddin qızı Əliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-ci il Rüfət Əlimusa oğlu İlyaszadəyə müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Anar Məhəbbət oğlu Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

***

İyunun 3-də Ucar rayon sakini 1996-cı il təvəllüdlü Rüfət İlyaszadənin xəsarət alması və 1995-ci il təvəllüdlü Könül Əliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ucar rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla 1988-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində yerləşən avtomobilyuma məntəqələrinin birində Rüfət İlyaszadəyə xəsarət yetirməsi, daha sonra yaşadığı evə gələrək arvadı Könül Əliyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Anar Əliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Tarix
2023.06.03 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu

İlham Əliyev Kəngərlidə sakinlərlə görüşdü

Erməni əsgər postda Azərbaycan əsgərinə qarşı… - Video

Heydər Əliyev Kozlariçə dedi ki, Vaşinqtona çatdır…

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla