Yuxarı

Azərbaycanda tanınmış jurnalist vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, uzun illər AzTV-nin redaktoru vəzifəsində çalışmış teatrşünas Yaqub Əlioğlu vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun dostları məlumat veriblər.

Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.

Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Orta məktəb dövründən mütəmadi olaraq mətbuatda yazıları çap olunub. Yüzlərlə publisistik məqalənin və 8 kitabın müəllifidir. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli televiziya filminin redaktoru olan Yaqub Əlioğlu "Qızıl qələm", "Qızıl dərviş" və "Nailiyyət" mükafatlarının laureatıdır.

10 ildən artıq Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın "Qızıl fond"una daxil edilib. Bu filmlər əsasən görkəmli elm, mədəniyyət xadimlərinə və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına, yurdumuzun dilbər guşələrinə həsr olunub.

Allah rəhmət eləsin!

Tarix
2024.10.15 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Tərtər məzarlığına artilleriya atəşi.. - 4 il ötdü

İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla