Yuxarı

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr 14-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi ilə görüşüblər.

Şuradan Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı professor Eldar Quliyev iki qardaş ölkə, o cümlədən dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mehriban dostluğun, qardaşlıq münasibətlərinin, yüksəksəviyyəli səfərlərin və qarşılıqlı etimadın əlaqələrimizin gündən-günə yüksələn xətlə daha da inkişaf etməsində mühüm rol oynadığını deyib. Vətən müharibəsindən sonra azad olunmuş ərazilərimizdə böyükmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, həmvətənlərimizin mərhələli şəkildə öz doğma yurdlarına qayıtdıqlarını qeyd edən E.Quliyev Azərbaycanın bu haqq-ədalət savaşında ölkəmizə ən böyük dəstək verən ölkənin qardaş Türkiyənin olduğunu bir daha xatırladıb. O, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti ilə yaxın münasibətlərdən söz açıb.

Sonra Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərini və Türk dünyasında ağsaqqallar institutunun inkişafına verdiyi töhfələrə görə TBMM-in üzvlərinə - Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma, Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özərə, Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdemə “Fəxri ağsaqqal” döş nişanları təqdim edilib.

Türk deputatlar onlara göstərilən yüksək diqqət və etimada görə minnətdarlıqlarını bildirib, Azərbaycanla Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin daim inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.

Tarix
2024.10.14 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Tərtər məzarlığına artilleriya atəşi.. - 4 il ötdü

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

MM spikeri təşəkkür etdi: Məni ilk təbrik edən...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla